Xəbərlər

“Alimlər fermerin yanında” tədbiri keçirilib

Cəlilabad rayonu, Sərhədabad kənd ərazisində fermer sahəsində rayon fermerlərinin, DAİM nümayəndələrinin və yerli bələdiyyələrin iştirakı ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasının “Alimlər fermerin yanında” tədbiri keçirilib. Burada taxıl əkinlərinə yaz qulluq işləri, yemləmə gübrələrinin verilməsi, alaqlara qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi haqqında geniş söhbətlər aparılıb. 
Belə ki, taxıl əkinlərinin elmi əsaslarla həyata keçirilməsi, bölgəyə uyğun sortların seçimi, aqrotexnoloji tədbirlərin vaxtında aparılması, bitkilərin inkişafı üçün yazda yemləmə gübrələrinin verilməsi və alaq otlarına qarşı kimyəvi mübarizənin aparılması yüksək məhsuldarlığın əldə edilməsində əhəmiyyəti vurğulanıb.
© 2020 Əkinçilik ETİ