Sortlar

XAN QIZI

Yumşaq buğda sortu

Sort müəllifləri: Xudayev F.A., Təlai C. M., Zamanov A.A., Həşimova H.C., Abdulbaqiyeva S.A., Məmmədova S.M., Abbasov V. Ə., İbrahimov E. R.

Qısa ümumi xarakteristikası: Xan qızı sortu orta boyludur (96,5-98,7 sm), gövdasi möhkəm, yatmaya davamlıdır, məhsuldar kollanması 3,2-dir. Vegetasiya müddəti 215 gün təşkil edir. Sünbüldə sünbülcüklər six yerləşmiş, sünbüldə dənlərin sayı 54,4-58,3 ədəd, 1000 dənin kütləsi 42,6-44,0 q arasında dəyişir.  Sünbülü silindrik, orta uzunluqda, ag rəngdə olub qilçıqlıdır. Sortun dəni orta irilikdə olub, şırımın xarakteri orta, rəngi qırmızı, yarım uzun və çılpaqdir. Dəndə zülalın miqdarı 14,2-14,6 %, kleykovinanın miqdarı isə 29,8-31,7% arasında dəyişir.

Sortun müsabiqəli sort sınağında 3 illik orta dən məhsuldarlığı suvarmada 44,3 s/ha olmuşdur. Bu da rayonlaşmış Xəzri sortundan 4,7-6,6 s/ha artıqdır. Potensial 45,0-50,0 s/ha-dir.

Sort şaxtaya davamlıdir, tədqiqət illərində sari va qonur pas, sürmə xəstəliklərinə tutulması müşahidə olunmamışdır.

Rayonlaşdırılması nəzərdə tutulan  zonalar: Sortun respublikanın suvarilan bölglərində becərilməsi təklif olunur.

© 2020 Əkinçilik ETİ