Sortlar

ZƏFƏR

Bərk buğda sortu

Sort müəllifləri: Rüstəmov X.N., Xudayev F.A., Abdullayev A.M., Əhmədov M.Q., Hacıyeva S.K., Həsənova  Q.M., İbrahimov E.R., Qasımov S.V.

Qısa ümumi xarakteristikası: Yeni "Zəfər" bərk buğda sortu intensiv tipli, orta boyludur (82,0-88,0 sm), samanı orta yoğunluqda və möhkəmlikdə, yatmaya yüksək davamlidir. Cücərtiləri yaşıl rəngdə, yarımyerəsərilen, həyat tərzi yarımpayızlıq, ortatezyetişəndir. Sonuncu sünbülaltı buğumarasının içərisi, adətən parenximle dolu olur, Sünbülü qılçıqlı, dikduran, piramidal, orta (7,0-8,1 sm) ve sixdir - sünbül oxunun 10,0 sm-də (D) 25,2-28,2 eded sünbülcük yerləşir. Sünbülcük pulcuqları uzunsov-oval formada, ağ rənglidir. Aralıq dənizi hövzəsi ekotipine aiddir sünbülün üz və yan tərəfi, demək olar ki, eynidir. Damarlanması ortadır til yaxşı ifadə olunmuşdur, çiynı zəif inkişaf etmiş, çəpdir, kil dişciyi orta uzun (2,0-3,0 mm), az dimdikvari əyridir. Qılçıqların uzunluğu 7-9 sm, sünbülə paralel, kələ-kötür, ağdır. Döyülməsi asandır. Dəni orta irilikdə, yumurtavari, ağ rənglidir, şüşəvarilik 75,0-78,0% -dir.

"Zəfər" sortunun potensial məhsuldarlığı orta olub, 56,9-58,2 s/ha. Müsabiqəli sort sınağı pitomnikində 3 illik orta məhsuldarlığı 57,8- 0,75 s/ha, standart Zəngəzur (55,5-1,2) sortundan 2,3 s/ha yüksək olmuşdur Tərtər BTS də keçirilmiş ekoloji sınaqda məhsuldarlığı (65,4 s/ha) Zəngəzur (400 s/ha) bərk buğda sortundan 25,4 s/ha, Korifey-88 (52,7 s/ha) bərk buğda sortundan isə 12,7 s/ha yüksək olmuşdur. 1000 dənin kütləsi 46 8-52,4 q, natura kütləsi 773,0 q. Əsas sünbüldə dənlərin sayı 53,6-68,6 ədəd, əsas sünbüldə dənlərin kütləsi 2,85-4,0 qramdir. Dəndə zülalın miqdari 11,3-14,4%, kleykovina isə 18,0-22,4% arasında olur.  Zəfər sortunun məhsuldar kollanması ortadır (3-3,2 ədəd), hektara 3,5-4,0 milyon toxum səpildikdə məhsuldarlığı daha yüksək olur. Qışa, şaxtaya, quraqlığa orta, anomal temperatura yüksək davamlıdır. Bərk və toz sürmə, unlu şeh, sarı qonur və gövdə pası xəstəliktörədicilərinə yüksək davamlıdır. Intensiv tipli Zəfər sortu yüksək aqrofona tələbkardır. Sələf kim pambiq və digər cərgəarası becərilən bitkilər, qara və bitkili herik daha səmərəlidir. Yüksək ve keyfiyyətli dən məhsulu almaq üçün hektara təsiredici maddə hesabı ilə 90,0-120,0 kq azot (səpin vaxtı və yemləmə), 80,0-120,0 k fosfor ve 50,0-60,0 kq kalium gübrələri verilməlidir. Optimal səpin müddəti oktyabrin 2-3 ongünlüyüdür.

Rayonlaşdırılması nəzərdə tutulan zonalar: Azərbaycanın suvarılan düzən vənəmliklə tam təmin olunmuş dağətəyi bölgələrində becərilməsi tövsiyə olunur.

© 2020 Əkinçilik ETİ