Sortlar

ZƏNGƏZUR

Bərk buğda sortu

Sort müəllifləri: Musayev Ə.C., Əhmədov M.Q., Təlai C.M., Rüstəmov X.N., İbadov V.F., Abdullayev A.M., Mahmudov M.N., Həsənova Q.M., İbrahimov E.R.

Qısa ümumi xarakteristikası: Sort intensiv tipli, orta boylu (100-110 sm), samani orta yoğunluqda və möhkəmlikdə, yatmaya davamlıdır. Morfobioloji əlamətlərinə görə yerli bərk buğda sortlarına oxşayır, sonuncu - sünbülaltı buğumarasının içərisi dolu olur. Kollanması orta (3-4), yarımyerasəriləndir-həyat tərzi yarımpayızlıq, ortayetişəndir. Cücərtiləri açıq yaşıl rəngdə, qısa tükcüklərlə örtülü olur, var.provinsiale növmüxtəlifliyinə aiddir. Sünbülü qılçıqlı, silindrikdir, orta uzunluqda (9,5 sm) və sıxlıqda olur - sünbül oxunun 10 sm-da. (D) 22,3 sünbülcük yerləşir Sünbülcük pulcuqları uzunsov-oval formada, qırmızı fonda qara ranglidir. Damarlanması zəif ifadə olunmuşdur, çiyni zaif çapdir, kil dişciyi qısa (2 3mm), düzdür. Qılçıqları sünbüldən 1,5-2 dəfə uzun, sünbülə paralel, zərif - dişciksiz, qara rənglidir, yetişdikdən sonra tökülə bilər Döyülməsi asandır. Dəni çox iri, uzunsov-oval, ağ rənglidir, şüşəvarilik 94-98%-dir.

Potensial mahsuldarlığı yüksəkdir -43,8-54,4,. 1000 dənin kütləsi 43,8-54,4, natura kütləsı 793,0, əsas sünbüldə dənin kütlasi 3,05 qramdır. Ümumi çörəkbişirmə keyfiyyəti aşağıdır.Dəndə zülalın miqdarı 14.6%, kleykovinin miqdarı 24,0-30,0% olur.

Məhsuldar kollanması yüksəkdir (3-4 adad), hektara 4,0-4,5 milyon toxum səpildikdə məhsuldarlığı yüksək olur. Qışa-, quraqlığa davamlılığı orta, yüksək tempera-

tura davamlılığı yüksəkdir. Bərk va toz sürməyə, pas xəstəliklərinə yüksək davamlıdır.

Sələf kimi pambıq və digar cərgəarası becərilən bitkilər, qara va bitkili herik daha səmərəlidir. Yüksək aqrofona tələbkardır. Optimal səpin müddəti oktyabrın 1-2 ongünlüyüdür.

Rayonlaşdırılması nəzərdə tutulan zonalar: Azərbaycanın suvarılan düzən və nəmliklə təmin olunmuş dağətəyi bölgələrində becərilməsi tövsiyə olunur.

 

© 2020 Əkinçilik ETİ