Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları 12 may - Beynəlxalq Bitki Sağlamlığı Günü münasibətilə keçirilən ağacəkmə aksiyasına qoşulublar

Əkinçilik ETİ-nin bir qrup əməkdaşı Dünyamalı Şərifov, Əlişir Şəkərəliyev, Əsmər Həsənova, Fərid Qəhrəmanzadə və Şamil İbrahimov Beynəlxalq Bitki Sağlamlığı Günü ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşəbbüsü ilə AQTA, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. Aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Aksiyanın keçirilməsində əsas məqsəd dünya ölkələrinin diqqətini bitki sağlamlığı məsələsinə çəkmək, aclıqdan əziyyət çəkən ölkələrdə ərzaq təminatının səviyyəsini yaxşılaşdırmaqdan ibarətdir.
© 2020 Əkinçilik ETİ