Kadr hazırlığı haqda

İnstitut yaranandan, məqsədli aspirantura da daxil olmaqla 400-dən çox yüksək ixtisaslı elmi kadrlar hazırlanmışdır. Onlardan 255 nəfəri dissertasiya işlərini müvəffəqiyylətlə müdafiə edərək fəlsəfə və elmlər doktoru alimlik dərəcələrini almışlar. 1996-cı ildən başlayaraq institutun 30 nəfərdən artıq əməkdaşı bağlanmış əməkdaşlıq müqavilələri çərçivəsində CIММYТ və ICARDA, həmçinin IPGRI, ICRISAT və ICBA da buğdanın və yer fındığının yaxşılaşdırılmasına, pas xəstəliklərinə, bitki genetik ehtiyatlarının məlumat bazasının yaradılmasına, dənli bitkilərin əsas xəstəlik və zərərvericilərinə, mütərəqqi becərmə texnologiyalarına, torpaq-mühafizəedici və resurslaraqənaətedici becərmə texnologiyalarına həsr edilmiş 100-ə qədər qısa və uzun müddətli təlim kurslarında təhsil almışlar. Bu kurslar dünyanın müxtəlif ölkələrini (Hindistan, Macarıstan, İran, Meksika, Birləşmiş Ərəb Əmirliyi, Suriya və Türkiyə) əhatə edir. 

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda kadr hazırlığı əsasən elmlər və fəlsəfə doktorluğu, dissertantura yolu ilə həyata keçirilir. Fəlsəfə doktoru üzrə 2022-2023-cü tədris ili üçün büdcə hesabına 8 nəfər qiyabi (3103.04-“Seleksiya və toxumçuluq” ixtisası üzrə 2, 3103.07-“Bitkiçilik”, 3103.01-“Ümumi əkinçilik”, 2511.01-“Torpaqşünaslıq”, 3101.01-“Aqrokimya” , 3103.11-“Yem istehsalı və otlaqçılıq”, 2411.02-“Bitki fiziologiyası” ixtisasları üzrə 1 yer), elmlər doktoru üzrə isə 1 nəfər qiyabi (3103.07-“Bitkiçilik”) yer ayrılması sifariş edilmişdir. Qəbul sifarişinə əsasən AR Kənd Təsərrüfatı Nazirliyinin 13 oktyabr 2023-cü il 3-22/3-1-866/2 nömrəli əmri ilə elmlər doktoru hazırlığı üzrə bir nəfər 3103.07-“Bitkiçilik” ixtisasına, fəlsəfə doktoru hazırlığı üzrə bir nəfər 2511.01-“Torpaqşünaslıq” ixtisasına qəbul olmuşdur. Fəlsəfə doktoru üzrə 2024-cü il üçün büdcə hesabına 8 nəfər qiyabi (3103.04-“Seleksiya və toxumçuluq” ixtisası üzrə 3, 3103.07-“Bitkiçilik” və 3101.01-“Aqrokimya” ixtisasları üzrə 2, 2511.01-“Torpaqşünaslıq” ixtisası üzrə 1 yer) yer ayrılması sifariş edilmişdir. İnstitutda 2023-cü ilin sonunda 7 nəfər elmlər doktoru, 6 nəfər fəlsəfə doktoru təhsil alır. 2023-cü il institutun fəlsəfə doktoru hazırlığında 3103.04-“Seleksiya və toxumçuluq” ixtisası üzrə 2, 3103.07-“Bitkiçilik” ixtisası üzrə 1, 2511.01-“Torpaqşünaslıq” ixtisası üzrə 1nəfərin dissertasiya işi ilkin müzakirədən keçərək növbəti mərhələlərə buraxılması tövsiyə edilmişdir (cədvəl ).

© 2020 Əkinçilik ETİ