Doktorantura

Əkinçilik ETİ-nin kadr hazırlığı əsasən elmlər və fəlsəfə doktorluğu, dissertantura yolu ilə həyata keçirilir.Elmlər doktoru üzrə 2016-cı il üçün 3103.07- “Bitkiçilik” ixtisası üzrə 1, fəlsəfə doktorluğuna “Aqrokimya”  üzrə 1, 3103.07- “Bitkiçilik” ixtisası üzrə 1,  3103.04- “Seleksiya və toxumçuluq” ixtisası üzrə 1 nəfər, dissertantura üzrə “Bitkilərin mühafizəsi” 1, 3103.04- “Seleksiya və toxumçuluq” ixtisası üzrə 2 nəfər qəbul olmuşdur. Elmlər doktoru üzrə 2016-cı il 2411.02- “Bitki fiziologiyası” ixtisası üzrə 1, fəlsəfə doktorluğuna, 3103.04- “Seleksiya və toxumçuluq” üzrə 2, 3103.07-“Bitkiçilik” üzrə 2, 3103.01- “Ümumi əkinçilik” 1,  2411.02- “Bitki fiziologiyası” ixtisası üzrə 1,3103.06- “Bitkilərin mühafizəsi” üzrə 1,  2511.01-“Torpaqşünaslıq”  üzrə 2, 3101.01- “Aqrokimya” üzrə 1, 2406.02- “Biokimya” ixtisası üzrə 1, 3103.11- “Yem istehsalı və otlaqçılıq”  ixtisası üzrə 1, həmçinin dissertanturaya 3103.04- “Seleksiya və toxumçuluq”  üzrə 2, 3103.07- “Bitkiçilik” üzrə 2, 3103.01- “Ümumi əkinçilik”  üzrə 1, 3103.11-“Yem istehsalı və otlaqçılıq”  ixtisası üzrə 1 yer ayrılması sifariş edilmişdir.  İnstitutda 12 nəfər elmlər doktoru, 12 nəfər fəlsəfə doktoru, 14 nəfər dissertant elmi-tədqiqat işi üzərində fəaliyyət göstərir. Hesabat dövründə 4 nəfər elmlər doktoru üzrə, 1 nəfər əyani və 8 nəfər qiyabi fəlsəfə doktorluğu üzrə təhsilini başa vurmuşdur. Cari hesabat ilinin 1-ci yarısında institutun 1 əməkdaşı “Bitki fiziologiyası” ixtisası üzrə elmlər doktoru  üzrə müdafiə etmək üçün sənədlərini AAK-a təqdim etmiş, 1 nəfər isə fəlsəfə doktoru üzrə “Bitkiçilik” ixtisasından müdafiə etmişdir.Aslanova Könül Kamilpaşa qızı 10 - 20 aprel 2016-cı il tarixndə  FAO, TAGEM və ICARDA-nınTürkiyənin İzmir şəhərində, regional pas tədqiqat mərkəzinin təşkil etdiyi “Pas xəstəliklərinin qiymətləndirilməsi və davamlılığın idarə olunması” (“Training Workshop on Wheat Rust Surveillance, Resistance and Management”) kursunda  yaxından iştirak etmişdir.

Cari hesabat ilinin 1-ci yarısında  AMEA İnformasiya Texnologiyaları İnstitutunda  “İnformatika” fənni üzrə təşkil olunmuş kursda 9 nəfər doktorant və dissertant iştirak etmişlər (Cədvəl):

 Respublika Nazirlər Kabinetinin 14 dekabr 2010-cu il tarixli 235 nömrəli qərarı ilə institutda fəlsəfə doktoru üzrə doktorantura və ya dissertantura yolu ilə kadr hazırlığına icazə verilmişdir. 

Dokoranturaya qəbul üçün tələb olunan sənədlərin siyahısı: 

  1. Ərizə
  2. Kadr uçot vəsiqəsi, foto 3×4
  3. Şəxsiyyət vəsiqəsi
  4. Tərcümeyi-hal
  5. Diplomun surəti (təsdiq olunmuş)
  6. Məqalə və referat
  7. Əmək kitabçasından çıxarış
  8. İş yerindən xasiyyətnamə 

Qəbul imtahanları: fəlsəfə, xarici dil, ixtisas fənni.

  • Tövsiyyə edilən elmi nəşrlər.
  • Dissertasiyalara dair tələblər.
  • Dissertasiyaların tərtibi qaydaları.
  • İddiaçının dissertasiya şurasına təqdim etməli olduğu sənədlərin siyahısı.

 Qeyd olunanları Ali Attestasiya Komissiyasının saytından hazır şəkildə götürməli!

© 2020 Əkinçilik ETİ