Əməkdaşlıq

Əkinçilik ET İnstitutunda 6 tədqiqat proqramı (buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları, davamlı əkinçilik və bitki diversifikasiyası, yemçilik) üzrə 18 mövzu və 41 tədqiqat işinin yerinə yetirilməsində AMEA-mn Genetik Ehtiyatlar İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Beynəlxalq seleksiya mərkəzləri İCARDA və CİMMYT-lə eyni zamanda birgə tədqiqatların aparılması, institutun mandatına daxil olan bitkilərin genetik materiallarının mübadiləsi, kadr hazırlığı, müştərək milli, regional və beynəlxalq statuslu tədbirlərin keçirilməsində, Beynəlxalq mərkəzlərdən CİMMYT (Qarğıdalı və Buğdanm Yaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəz) və İCARDA (Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları Beynəlxalq Mərkəzi), Rusiya Federasiyasının P.P. Lukyanenko adına Krasnodar ET Kənd Təsərrüfatı İnstitutu, N.İ.Vavilov adına Ümumrusiya Bitki Genetik Ehtiyatları İnstitutu (VİR) və onun Dərbənddəki Dağıstan filialı, Ümumrusiya ET Tütünçülük, Tənbəki və Tütün Məmulatları İnstitutu, Don Dövlət Aqrar Universiteti, V.V.Dokuçayev adına Xarkov Milli Aqrar Universiteti, Türkiyə Respublikasının Əskişəhərdəki K/T Tədqiqatları İnstitutu, Sakaryadakı Qarğıdalı Tədqiqatları Mərkəzi, Şərqi Ağdəniz K/T Tədqiqatları İnstitutu ilə həmçinin AMEA-nm Molekulyar Biologiya və Biotexnologiyalar, Genetik Ehtiyatlar, Aqrokimya      və Torpaqşünaslıq institutları, Milli Aviasiya Akademiyası,  Heyvandarlıq ET İnstitutu və s. ilə elmi əməkdaşlıq edir.

Əməkdaşlıq əlaqələri

Beynəlxalq:
1. Malaziya Kənd Təsərrüfati Tədqiqatlari və İstehsal İnstitutu və Azərbaycan Respublikasi Kənd Təsərrüfati Nazirliyi Əkinçilik ET İnstitutu arasinda Kənd
Təsərrüfati Tədqiqatlari və İstehsal Əməkdaşliği Üzrə Anlaşma Memorandumu imzalanıb.
2. Ostim Texniki Universiteti (Ankara, TÜRKİYƏ) və Əkinçilik ET İnstitutu (Bakı, Azərbaycan) arasında Memorandum imzalanıb.
3. Çəltik və digər bitkilərin seleksiyası və toxumçuluğu istiqamətində Adana Doğu Akdeniz Tarımsal Araştırmalar İnstitutu ilə əməkdaşlıq.
4. Belorusiya Milli Elmlər Akademiyası «Genetika və sitologiya» Dövlət elmi müəssisəsi ilə Əkinçilki ET İnstitutu arasında «Belorusiya və Azərbaycanda soyanın
genetik ehtiyatlarının qiymətləndirilməsi üçün seleksiya prosesinə introduksiyası» layihəsi üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
5. Özbəkistan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatında Milli Bilik və İnnovasiya Mərkəzinin Bitki Genetik Ehtiyatları Araşdırma
İnstitutu ilə Əkinçilki ET İnstitutu arasında bitki genetik ehtiyatlarının toplanması, öyrənilməsi, qorunması və istifadəsi sahəsində elmi -texniki əməkdaşlıq
haqqında müqavilə imzalanıb.
6. Əkinçilik ET İnstitutu, Azərting MMC və Fransanın Luare Kənd Təsərrüfatı Palatasının «AGRI OBTENTİONS SA» Chemin de la Petite Miniere şirkəti ilə
əməkdaşlıq.
7. Beynəlxalq seleksiya mərkəzləri ICARDA və CIMMYT ilə əməkdaşlıq.
8. Türkiyə Respublikası Doğu Akdeniz Tarımsal Araşdırma İnstitutu və Əkinçilik ETİ arasında gələcəkdə birgə fəaliyyətə dair memorandum imzalanması
razılaşdırılıb.
9. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun dəvəti və təşkilatçılığı ilə Çexiya Respublikasının Pomoloji Tədqiqat və Seleksiya İnstitutunun mütəxəssisləri ilə
əməkdaşlıq görüşü keçirilib.
10. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi ilə İsrail Dövlətinin SEGULA-Aqro və Tex. Layihələr Avrasiya MMC-nin (Məlumatlara əsaslanan Kənd
Təsərrüfatı Şirkəti) baş icraçı direktoru arasında əməkdaşlıq görüşü keçirilib.
11. Estoniya Bitkiçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
12. Başqırdıstan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
13. Ukrayna Podalsk Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
14. Rusiyya Federal Düyü Mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
15. Rusiya Soya Mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
16. Moldova Respublikası Tarla Bitkiləri Seleksiya Elmi-tədqiqat İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
17. Moldova Respublikası Genetika, Fiziologiya və Bitki Mühafizəsi İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
18. Bolqarıstan Kənd Təsərrüfatı Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Yerli:
1. Meyvəçilk və Çayçılıq ET İnstitutu
2. Lənkəran «RAEİM»
3. AMEA Botanika İnstitutu
4. AMEA Genetik Ehtiyatlar İnstitutu
5. Torpaqşünaslıq və Aqrokimya İnstitutu
6. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu
7. Azərbaycan Dövlət Aqrar Universiteti

© 2020 Əkinçilik ETİ