Nailiyyətlər

  • Respublikanın müxtəlif bölgələrinə uyğun aparılan kompleks elmi-tədqiqatlar və təcrübi seleksiya işləri nəticəsində müxtəlif kənd təsərrüfatı bitkilərinin 214 sortu yaradılmış və rayonlaşdırılması üçün KTN yanında Aqrar Xidmətlər Agentliyinə təqdim edilmişdir.
  • İnstitutun 131 sortu, o cümlədən 48 yumşaq və 20 bərk buğda, 15 arpa, 1 çovdar, 1 vələmir, 1 tritikale, 8 qarğıdalı, 8 noxud, 3 mərci, 1 lobya, 2 lərgə, 2 yer fındığı, 5 tütün, 10 yonca, 1 xaşa, 1 çoban toppuzu, 1 əzgən, 1 güllücə, 2 soya sortu rayonlaşmış, Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş, mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestrinə daxil edilmiş və patentləşmişdir.  
  • İnstitutun fəaliyyəti dövründə bir çox işlər Dövlət Elm və Texnika Komitəsi (indiki Dövlət Elm və Texnika Sənədləri Arxivi) tərəfindən ixtira kimi qiymətləndirilərək 12 müəlliflik şəhadətnaməsi və səmərələşdirici təklif kimi 9 vəsiqə verilmişdir.
  • İlk dəfə olaraq Azərbaycanda taxıl əkinlərində resurs mühafizəedici texnologiyaların (tirəyə səpin, sıfır və minimal becərmə) elmi-praktiki əsasları işlənib hazırlanmış və tətbiq edilmişdir.
  • İnstitut alimlərinin yaratdığı bir çox bərk buğda sortları (Mirbəşir 50, Qaraqılçıq 2 və s.) öz keyfiyyət göstəricilərinə görə, hətta, dünya standartlarından üstün olmaqla 1981-1989-cu illərdə 11 dəfə Moskva şəhərində Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri  Sərgisində, 19 dəfə respublika, 9 dəfə beynəlxalq sərgilərdə, o, cümlədən, 1982-ci ildə Əlcəzairdə və Anqolanın paytaxtı Luanda şəhərində, 1983-cü ildə Həbəşistanın paytaxtı Əddis-Əbəbə, 1984-cü ildə Macarıstanın paytaxtı Budapeşt, 1985-ci ildə isə Hindistanın paytaxtı Dehli şəhərlərində və s. nümayiş etdirilərək dəfələrlə yüksək mükafatlara və medallara layiq görülmüşdür.
  • İnstitut yaranandan məqsədli aspirantura da daxil olmaqla 418-dən artıq yüksək ixtisaslı elmi kadr hazırlanmış, onların 262 nəfəri dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edərək fəlsəfə və elmlər doktoru adına layiq görülmüşdür.
  • İnstitutun fəaliyyəti müddətində alimlərin tədqiqat işlərinin nəticələri 66-ya yaxın kitab və monoqrafiya, 219 broşura, 3705 məqalə, 42 plakat, 63 buklet, 6 taxıl sortlarının kataloqu və 3 (32) cildlik elmi əsərlərin məcmuəsində dərc edilmişdir.
© 2020 Əkinçilik ETİ