Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun keyfiyyət sahəsində siyasəti sənədi
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun idarəetmə sisteminin ISO 9001:2015 beynəlxalq idarəetmə standartının tələblərinə uyğunlaşdırılmasının prioritetliyini rəhbər tutaraq Elmi Şuranın 16 iyun 2022-ci il tarixli qərarı (protokol №4) ilə işçi qrupu yaradılmış və qrupun bu istiqamətdəki fəaliyyət planı təsdiqlənmişdir.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun
Elmi şurasının 2022-ci il “16” “iyun” tarixli
Qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Keyfiyyət sahəsində siyasəti
Keyfiyyət siyasətimiz - Əkinçilik Elmi-Tədqiqat İnstitutunun ixtisaslı və motivasiyalı müxtəlif yaş qrupuna aid kadrları olan, tərəqqi edən, gələcək prioritetlərinə hədəflənən tədqiqat təşkilatı vizyonuna əsaslanır.
Strateji məqsədimiz - əkinçilik – xüsusi ilə taxılçılıq, yemçilik sahəsində elmi tədqiqat nəticələri və elmi nailiyyətlərin tətbiqi, elmi kadrların hazırlnaması xidmətlərinin göstərilməsi üzrə bazarda lider mövqe tutmaq, vicdanlı, etibarlı və uzunmüddətli tərəfdaş kimi ictimai rəy - reputasiya qazanmaqdır.
Keyfiyyət sahəsindəki niyyətləri həyata keçirmək üçün ƏETİ-nin rəhbərliyi aşağıdakı öhdəlikləri öz üzərinə götürür:
- irəli sürülən tələblərə riayət etmək;
- keyfiyyət idarəetmə sistemini daim təkmilləşdirmək;
- keyfiyyət sahəsinin siyasət və məqsədlərinə zidd hərəkətlərə yol verməmək və qərarlar qəbul etməmək;
- institutun fəaliyyətinin həyata keçirilməsində məqsədlərin vəhdətini təmin etmək;
- məqsədlərə çatmaq üçün lazımi resursları müəyyən edərək təmin etmək;
- bütün proseslərdə işçilərin məsuliyyətini və səlahiyyətlərini aydın şəkildə bölüşdürmək;
- hər bir işçinin öz qabiliyyətlərini reallaşdıra bilən, şöbəsinin (institutun) fəaliyyətinin təkmilləşdirilməsində maraqlı olan, tapşırılan işdən və onun qiymətləndirilməsindən məmnun ola biləcək mühiti və müvafiq şəraiti təmin etmək.
Əsas fəaliyyət prinsiplərimiz:
- bütün şöbə və laboratoriyaların qarşıya qoyulan məqsədlərə nail olmaq üçün istiqamətləndirilməsi;
- effektli qərarlar qəbul etmək üçün məlumatların dərin və sistemli təhlili;
- riskə əsaslanan düşüncənin tətbiqi;
- işin keyfiyyətinin müştəri məmnuniyyətinin dərəcəsi ilə qiymətləndirilməsi;
- mütəxəssislərin hazırlanması və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, işçilər arasında institutun yüksək nüfuzunun və hər bir işçinin maddi rifahının ən mühüm amil olması barədə anlayışın formalaşdırılması.