Ətraflı

Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu Azərbaycan Elmlər Akademiyasının elmi bazaları, ştat vahidləri və maliyyə vəsaiti əsasında SSRİ Nazirlər Sovetinin 20 may 1950-ci il tarixli 2117 saylı "Azərbaycan SSRİ-in kolxoz və sovxozlarında buğda və pambıq istehsalının artırılması tədbirləri haqqında" qərarı və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Nazirlər Sovetinin 6 iyun 802 saylı "Azərbaycan SSR-nin kolxoz və sovxozlarında taxıl və pambıq istehsalının artırılması tədbirləri haqda" qərarı ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində yaradılmışdır. İnstitut 1950-ci ilin oktyabrından fəaliyyət göstərir.  

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və Sovet Sosialist Respublikaları İttifaqı Nazirlər Sovetinin 14 fevral 1956-cı il tarixli 253 saylı qərarına, Sovet Sosialist Respublikaları İttifaqı Kənd Təsərrüfatı Nazirliyinin 8 mart 1956-cı il tarixli 87 saylı əmrinə və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın və Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 27 aprel 1956-cı il tarixli 222 saylı "Kənd təsərrüfatı üzrə elmi-tədqiqat müəssisələrinin işinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında" qərarına uyğun olaraq Azərbaycan Sovet Sosialist Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilməklə Tərtərdə Azərbaycan Dövlət Seleksiya Stansiyasının bazasında Əkinçilik Elmi-Tədqiqat İnstitutu yaradılmış,  Azərbaycan Sovet Sosialist Respublikası Aqrar Sənaye Komitəsinin 4 aprel 1988-ci il tarixli 321 saylı əmrinə əsasən Azərbaycan ET Əkinçilik İnstitutu respublikada aqrar sənaye kompleksinin Elmi Təminat Mərkəzinə çevrilmişdir.

Əkinçilik ET İnstitutu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” 17 aprel 2015-ci il 109 nömrəli qərarı ilə Azərbaycan ET Əkinçilik İnstitutu və Azərbaycan ET Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında yenidən yaradılaraq fəaliyyət göstərir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

Əkinçilik Elmi-Tədqiqat İnstitutu

Tarixi və tədqiqat prioritetləri

Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu Azərbaycan Elmlər Akademiyasının elmi bazaları, ştat vahidləri və maliyyə vəsaiti əsasında SSRİ Nazirlər Sovetinin 20 may 1950-ci il tarixli 2117 saylı "Azərbaycan SSRİ-in kolxoz və sovxozlarında buğda və pambıq istehsalının artırılması tədbirləri haqqında" qərarı və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın və Nazirlər Sovetinin 6 iyun 802 saylı "Azərbaycan SSR-nin kolxoz və sovxozlarında taxıl və pambıq istehsalının artırılması tədbirləri haqda" qərarı ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində yaradılmışdır. İnstitut 1950-ci ilin oktyabırından fəaliyyət göstərir.  

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinın və Sovet Sosialist Respublikaları İttifaqı Nazirlər Sovetinin 14 fevral 1956-cı il tarixli 253 saylı qərarına, Sovet Sosialist Respublikaları İttifaqı Kənd Təsərrüfatı Nazirliyinin 8 mart 1956-cı il tarixli 87 saylı əmrinə və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın və Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 27 aprel 1956-cı il tarixli 222 saylı "Kənd təsərrüfatı üzrə elmi-tədqiqat müəssisələrinin işinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında" qərarına uyğun olaraq Azərbaycan Sovet Sosialist Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilməklə Tərtərdə Azərbaycan Dövlət Seleksiya stansiyasının bazasında Elmi-Tədqiqat Əkinçilik İnstitutu yaradılmış. Azərbaycan Sovet Sosialist Respublikası Aqrar Sənaye Komitəsinin 4 aprel 1988-ci il tarixli 321 saylı əmrinə əsasən Azərbaycan ET Əkinçilik İnstitutu respublikada aqrar sənaye kompleksinin Elmi Təminat Mərkəzinə çevrilmişdir.

Ayrı-ayrı illərdə İnstitutun müvafiq şöbələri əsasında Genetika və Seleksiya Bölməsi (1956), Tərəvəzçilik İnstitutu (1965) və Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu (1969) yaradılmışdır.

Respublikada taxıl istehsalının artırılması ilə əlaqədar ixtisaslaşmış təsərrüfatları yüksək kondisiyalı toxumlarla təmin etmək və respublikada toxumçuluq işinin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirinin 16 avqust 1993-cü il tarixli 263 K saylı əmrinə əsasən Əkinçilik  İnstitutunun  bazasında "Elit" Elm İstehsalat Birliyi yaradılmışdır.

İnstitut 2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin kənd təsərrüfatında elmi, elmi-texniki proqramların respublikada aparılan islahatlara və yeni iqtisadi münasibətlərə uyğunlaşdırılması, bu sahədə paralelçiliyin və pərakəndəliyin aradan qaldırılması, elmi işlərdə vahid strateji məqsədlərin formalaşması, alınan elmi nəticələrin istehsalatda tətbiqinin daha da yaxşılaşdırılması haqqında 16 dekabr 1999-cu il tarixli 190 saylı qərarına əsasən yaradılmış Aqrar Elm Mərkəzinin sturukturuna daxil olmuşdur.

Əkinçilik ET İnstitutu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” 17 aprel 2015-ci il 109 nömrəli qərarı ilə Azərbaycan ET Əkinçilik İnstitutu və Azərbaycan ET Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında yenidən yaradılaraq fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 aprel 2015-ci il 109 nömrəli qərarına əsasən Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 2015-ci il 30 oktyabr tarixli 110 nömrəli əmri ilə Əkinçilik ET İnstitutunun yeni strukturu təsdiqlənmişdir. Əkinçilik ET İnstitutunun yenilənmiş strukturuna 9 şöbə (Bitki seleksiyası; Bitki fiziologiyası; Davamlı əkinçilik və bitki diversifikasiyası; Otlaq və biçənəklər; Çəltik bitkisinin seleksiyası və becərmə texnologiyası; İnformasiya təminatı və elmi nəticələrin tətbiqi; Hüquq, kadr və kargüzarlığın təşkili; Maliyyə və mühasibat uçotu; Təsərrüfat), 6 laboratoriya (Torpaq və bitki analizləri; Dənin keyfiyyəti; Xəstəlik və zərərvericilərə nəzarət; İlkin toxumçuluq və toxumun keyfiyyəti; Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi; Modern seleksiya və molekulyar biologiya) və İctimai elmlər və xarici dillər kafedrası daxildir.

İnstitutda elmi-istehsalat xarakterli tədqiqat işləri struktur tərkibində olan ƏETİ YTT-ləri Birliyi, 11 təcrübə bazası, o cümlədən 4 bölgə təcrübə stansiyası (Tərtər BTS, Qobustan BTS, Zaqatala BTS, Cəlilabad BTS), 3 dayaq məntəqəsi (Şəki DM (əkinçilik istiqamətli), Şəki DM (yemçilik istiqamətli), Gədəbəy DM), 1 təcrübə sınaq stansiyası (Kürdəmir TSS) və 2 yardımçı təcrübə təsərrüfatında (Ağstafa YTT və Abşeron YTT (yemçilik istiqamətli)) aparılır. İnstitutda Elmi Metodiki və Dissertasiya şuraları fəaliyyət göstərir. Kollektiv 334 nəfərdən ibarətdir,  onlardan  135-i elmi işçi, o cümlədən 4-ü elmlər, 43-ü fəlsəfə doktorlarıdır.

© 2020 Əkinçilik ETİ