Yüksək dən məhsulunun formalaşmasına nizamlanan (suvarma, yemləmə gübrələrinin verilməsi, alaqlarla mübarizə, yaşıl malanın çiçəklənməsi, xəstəlik və zərərvericilərlə mübarizə aparılması və s.) amilləri yüksək aqrotexniki qaydalara əməl etməklə nail olmaq olar.
• Torpağın əsas becərilməsi
• Torpağın səpin qabağı becərilməsi
• Səpin müdətləri
• Səpin norması
• Səpin üsulları
• Mineral gübrələrin verilməsi
• Alaqlarla mübarizə
• Yaşıl mala
• Suvarma
F e r m e r l ə r ü ç ü n y a d d a ş
Dəmyə şəraitində taxıl sələfindən sonra payızlıq buğdanın becərilməsində əsas texnoloji əməliyyatlar (1 ha üçün məhsuldarlıq: 3 ton dən + 3 ton küləş)
S/s Əməliyyatlar İcra müddəti
1. Taxıl yığıldıqdan sonra sahədən küləşin preslənib daşınması iyul-avqust
2. Sahənin 10-12 sm dərinlikdə diskili alətlə üzlənməsi iyul-avqust 3. Mineral və üzvi gübrələrin daşınması və sahəyə səpilməsi (300-350 kq superfosfat+10ton peyin ) iyul-avqust
4. Sahənin şumlanması (20-22 sm dərinlikdə) iyul-avqust
5. Sahənin diskilənməsi (10-12 sm dərinlikdə) avqust
6. Sahənin səpinqabağı malalanması sentyabr
7. Toxum dərmanlanmayıbsa, onu dərmanlamaq (Raksil – 0,08-0,1 l/200 kq toxum və ya Vitavaks 200 FF-0,6 l/200 kq toxum) avqust-sentyabr
8. Dərmanlanmış toxumun daşınması və hektara 4,0-4,5 mln cücərən dən hesabı ilə (180-200 kq) səpilməsi Səpinlə birlikdə hektara 100-150 kq mürəkkəb gübrənin (nitrofoska və ya ammofoska) verilməsi sentyabr-oktyabr
9. Yazda, buğdanın kollanma fazasında hektara 250 kq fiziki çəkidə yemləmə şəklində azot gübrəsinin (ammonium şorası) səpilməsi mart-aprel 10. Alaqlara qarşı herbisidlərlə kimyəvi mübarizənin aparılması. Birləpəli alaqlara qarşı 0,6-0,8 l/ha Puma Super və ya 0,3-0,4 l/ha Topik, ikiləpəlilərə qarşı 1,6-2,0 l/ha 2,4 D-Amin duzu və ya 0,15-0,18kq/ha Lintur mart-aprel
11. Yazda buğdanın kollanma fazasında əkinlərə səpinin köndələni istiqamətində yüngül dişli malanın çəkilməsi (yaşıl mala) mart-aprel
12. Məhsulun yığılması iyul 13. Taxılın daşınması və təmizlənməsi iyul-avqust Suvarma şəraitində payızlıq buğdanın becərilməsində əsas texnoloji əməliyyatlar (1 ha üçün məhsuldarlıq: 4 ton dən + 4 ton küləş) S/s Əməliyyatlar İcra müddəti
1. Taxıl yığıldıqdan sonra sahədən küləşin preslənib daşınması. Cərgəarası becərilən bitkilərdən (qarğıdalı, pambıq, tütün və s.) sonra isə bitki qalıqlarının xırdalanıb sahəyə verilməsi iyun-iyul
2. Mineral və üzvi gübrələrin daşınması və sahəyə səpilməsi (400-450 kq superfosfat + 10-15ton peyin) iyul-avqust
3. Sahənin 25-27 sm dərinlikdə şumlanması iyul-avqust
4. Alaq toxumlarının cücərməsinə şərait yaratmaq və torpaqda nəmlik toplamaq məqsədilə sahəyə 1000-1200 m3/ha normasında su verilməsi (arat) avqustun axırı-sentyabr
5. Sahənin səpinqabağı dişli mala ilə malalanması oktyabr
6. Toxum dərmanlanmayıbsa, onu dərmanlamaq (Raksil – 0,08-0,1 l/200 kq toxum və ya Vitavaks 200 FF-0,6 l/200 kq toxum) sentyabr-oktyabr
7. Dərmanlanmış toxumun daşınması və hektara 4,5-5,0 mln cücərən dən hesabı ilə (200-220kq) səpilməsi Səpinlə birlikdə hektara 100-150 kq mürəkkəb gübrənin (nitrofoska və ya ammofoska) verilməsi oktyabr-noyabr
8. Müvəqqəti suvarma arxlarının açılması oktyabr-noyabr 9. Səpsuvar (ehtiyac olarsa) noyabr
10. Yazda, buğdanın kollanma fazasında hektara 300-350 kq fiziki çəkidə yemləmə şəklində azot gübrəsinin (ammonium şorası) sahəyə səpilməsi mart-aprel
11. Alaqlara qarşı herbisidlərlə kimyəvi mübarizənin aparılması. Bir ləpəli alaqlara qarşı 0,6-0,8 l/ha Puma Super və ya 0,3-0,4 l/ha Topik, ikiləpəlilərə qarşı 1,6-2,0 l/ha 2,4 D-Amin duzu və ya 0,15-0,18kq/ha Lintur mart-aprel
12. Vegetasiya suvarmaları (2-3 dəfə) aprel-may
13. Məhsulun yığılması iyun-iyul
14. Taxılın daşınması və təmizlənməsi iyul Dəmyə şəraitində qara herikdən sonra payızlıq buğdanın becərilməsində əsas texnoloji əməliyyatlar (1 ha üçün məhsuldarlıq: 3 ton dən + 3 ton küləş)
S/s Əməliyyatlar İcra müddəti
1. Taxıl yığıldıqdan sonra sahədən küləşin preslənib daşınması iyul-avqust
2. Mineral və üzvi gübrələrin daşınması və sahəyə səpilməsi (250-300 kq superfosfat + 10 ton peyin) iyul-avqust
3. Qara herik üçün şumun qaldırılması (25-27 sm dərinlikdə) iyul-avqust
4. Qara heriyin 2-3 dəfə diskili və dişli malalarla becərilməsi (8-10 sm dərinlikdə) aprel- avqust
5. Toxum dərmanlanmayıbsa, onu dərmanlamaq (Raksil – 0,08-0,1 l/200 kq toxum və ya Vitavaks 200 FF-0,6 l/200 kq toxum) avqust-sentyabr
6. Sahənin səpinqabağı malalanması sentyabr
7. Dərmanlanmış toxumun daşınması və hektara 4,0-4,5 mln cücərən dən hesabı ilə (180-200 kq/ha) səpilməsi Səpinlə birlikdə hektara 100-150 kq mürəkkəb gübrənin (nitrofoska və ya ammofoska) verilməsi sentyabr-oktyabr
8. Yazda, buğdanın kollanma fazasında hektara 200 kq fiziki çəkidə yemləmə şəklində azot gübrəsinin (ammonium şorası) səpilməsi mart-aprel
9. Alaqlara qarşı herbisidlərlə kimyəvi mübarizənin aparılması. Bir ləpəli alaqlara qarşı 0,6-0,8 l/ha Puma Super və ya 0,3-0,4 l/haTopik, ikiləpəlilərə qarşı 1,6-2,0 l/ha 2,4 D-Amin duzu və ya 0,15-0,18kq/ha Lintur mart-aprel
10. Yazda buğdanın kollanma fazasında əkinlərə səpinin köndələni istiqamətində yüngül dişli malanın çəkilməsi (yaşıl mala) mart-aprel
11. Məhsulun yığılması iyul
12. Taxılın daşınması və təmizlənməsi iyul-avqust