Rəhbərlik

İstehsalat üzrə direktor müavini: Qərib Alış oğlu Novruzlu, a.e.ü.f.d, dosent

Əkinçilik ET İnstitutunun istehsalat  üzrə direktor müavini, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Qərib Alış oğlu Novruzlu 1961-ci il oktyabrın 7-də Qərbi Azərbaycanın  Dərələyəz mahalının Əzizbəyov rayonunun Kapuyt kəndində  anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universitetinin) Ümumi aqronomiya fakültəsinin Alim-aqronom ixtisasını bitirmişdir. 1985-ci ildə ali məktəbi bitirdikdən sonra təyinatla Əkinçilik Elmi-Tədqiqat  İnstitutuna (keçmiş Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutuna) işləməyə göndərilmişdir. 

1985-1986-ci illərdə Azərbaycan Elmi-Tədqiqat İnstitutunda (indiki Əkinçilik Elmi-Tədqiqat İnstitutu) kiçik elmi işçi vəzifəsində calışmışdır. 1987-ci ildə isə Moskova Kənd Təsərrüfatı Akademiyasının “Bitkilərdə ümmunitetin genetikası” ixtisasını oxumuşdur.    

1988-1990-cı illərdə “Seleksiya və toxumçuluq ” ixtisası üzrə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əyani aspiranturasını bitirmişdir. 1994-cü ilin yanvarında “Azərbaycanın Şirvan bölgəsi şəraitində duzadavamlı arpa nümunələri ilkin material kimi” mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi (indiki aqrar elmləri üzrə fəlsəfə doktoru) elmi dərəcəsini almışdır. 1991-1994-cü illərdə elmi işçi vəzifəsində işləmişdir. 2015-ci ildən aqrar elmləri üzrə dosentdir.

1995-ci ildə Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunda “Seleksiya və toxumçuluq” şöbəsinin müdiri olmuşdur.

2008-2015-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin Şəki Regional  Aqrar Elm Mərkəzində aparıcı elmi işçi, 2010-2015-ci illərdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Arpa proqramının rəhbəri işləmişdir (ikinçi iş yeri).

2015-2018-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti ürə Dövlət Xidmətinin rəis müavini, 2018 iyun-2019 may tarixlərində isə, hənin qurumda  Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin müdiri işləmişdir.

2020-2021-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Şəki Regional  Aqrar Elm və İnnovasiya Mərkəzinin, fevral 2022-aprel 2022-ci il tarixlərində Aqrar Xidmətlər Agentliyi Aqrar Təlim Mərkəzinin Şəki Regional Təlim Mərkəzində direktor vəzifəsində işləmişdir. 05 may 2022-ci il tarixdən Əkinçilik Elmi-Tədqiqat İnstitutunda istehsalat üzrə direktor müavinidir. Eyni zamanda Arpa proqramının rəhbəridir.

2019-cu ildən Azərbayca Standartlaşdırma İnstitutunda qeydiyyata alınmış və Əkinçilik Elmi-Tədqiqat İnstitutunda fəaliyyət göstərən “Toxum və əkin materiallarının standartlaşdırılması” üzrə 27 saylı Texniki Komitənin sədridir.

Respublikada və xaricdə dərc olunmuş jurnallarda çap edilmiş 68 elmi əsərin müəllifidir. Beynəlxalq elmi-praktiki konfranslarda iştirak etmişdir, çıxışlarının bir hissəsi diplomlara layiq görülmüdür.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda fəaliyyət göstərən müdafiə şurasının və institutun elmi-texniki şurasının üzvüdür.

 

Əlaqə:     Tel: 050 (055) 530 94 17;

Email:     [email protected]  ; [email protected]

© 2020 Əkinçilik ETİ