Xəbərlər

Bahri Dağdaş Beynəlxalq Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunda əməkdaşlıq görüşü keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Şərqi Aralıq Dənizi Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu (Doğu Akdeniz Tarımsal Araştırma Enstitüsü) və Bahri Dağdaş Beynəlxalq Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu (Bahri Dağdaş Uluslararası Tarımsal Araştırma Enstitüsü) arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində görüş keçirilib. Türkiyə Respublikasının Konya şəhərində yerləşən Bahri Dağdaş Beynəlxalq Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu quraqlıqla bağlı tədqiqatları ilə tanınır. Onların təcrübəsindən istifadə edilməsi gələcəkdə quraqlığa davamlı sortların yaradılmasında xüsusi əhəmiyyət kəsb edəcək. 
Üçtərəfli görüş çərçivəsində əldə olunmuş razılığa əsasən qarşılıqlı əməkdaşlıq əsasında quraqlığa davamlı sortların yaradılması istiqamətində birgə tədqiqatlar aparılacaq.
© 2020 Əkinçilik ETİ