Xəbərlər

“Azərbaycanda şoranlaşmış ərazilərin xəritələşdirilməsi, kənd təsərrüfatı bitkilərinin davamlılığının qiymətləndiirlməsi və istifadəsi” mövzusunda seminar keçirilib

“Azərbaycanda şoranlaşmış ərazilərin xəritələşdirilməsi, kənd təsərrüfatı bitkilərinin davamlılığının qiymətləndiirlməsi və istifadəsi” mövzusunda seminar keçirilib. Seminar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu (GEİ), AgroDev MMC və İslam İnkişaf Bankının nəzdində fəaliyyət göstərən “Kənd Təsərrüfatı Bioşoranlaşması üzrə Beynəlxalq Mərkəz”in (ICBA) təşkilatçılığı ilə GEİ-də baş tutub.

Seminarda ICBA-nın “Baş Əməliyyatlar və İnkişaf ”, “Su ehtiyatları və Suvarma İdarəsi” və “Bitkilərin Diversifikasiyası və Genetikası üzrə Proqram”ınməsul şəxsləri, GEİ və AqroDev şirkətinin əməkdaşları, Kənd təsərrüfatı nazirliyinin müvafiq elmi-tədqiqat institutlarının alim və mütəxəsisləri, o cümlədən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Laçın Novruzov, Həqiqət Həşimova, Rəhilə İslamzadə və Abdullayeva Reyhan iştirak ediblər.

H.Həşimova seminarın təşkilatçılarına minnətdarlıgını bildirib. O, gələcək əməkdaşlığın davam etdirilməsinin ölkədə şoranlığa və quraqlığa davamlı bitki sortlarının yaradılmasında və bitki seleksiyasında mühüm nəticələrin əldə ediləcəyinə ümid bəslədiyini qeyd edib.

Seminarda müxtəlif mövzular üzrə sual və cavablar səsləndirilib, müzakirələr aparılıb. Seminar iştirakçılarına ICBA-nın sertifikatları təqdim olunub.

© 2020 Əkinçilik ETİ