Elanlar

ELAN

E L A N

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin 28 dekabr 2022-ci il tarixli  genişləndirilmiş iclasında institutun doktorantı Tarıverdi Allahverdi oğlu İslamzadənin 3103.07- Bitkiçilik ixtisasında aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Lənkəran-Astara iqtisadi rayonunda Haşimi və Şirudi çəltik sortlarının əsas becərmə üsullarının optimallaşdırılması” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcəkdir.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasının 28 dekabr 2022-ci il tarixli  genişləndirilmiş iclasında institutun doktorantı Ceyhun Faiq oğlu Qasımovun 3103.06- Bitkilərin mühafizəsi ixtisasında aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Lənkəran-Astara bölgəsi şəraitində qarğıdalı bitkisinin xəstəlik və zərərvericilərdən qorunmasında inteqrir mübarizə üsulunun tətbiqi”  mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcəkdir.

Qeyd: İclas saat 1000-da başlayacaq

RƏHBƏRLİK

© 2020 Əkinçilik ETİ