Xəbərlər

TAGEM Beynəlxalq əlaqələr işçi qrupunun iştirakilə onlayn konfrans keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun nümayəndələrinin və TAGEM Beynəlxalq əlaqələr işçi qrupunun iştirakilə “Azərbaycanla əməkdaşlığın inkişafı” adlı onlayn konfrans  keçirilib. Konfransın açılışından sonra TAGEM tərəfindən əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə tanışlıq təqdimatı diqqətə çatdırılıb. Konfransın ƏETİ tərəfindən təqdim edilmiş əməkdaşlıq istiqamətləri əks olunmuş gündəliyində təsbit olunan məsələlər ətrafında: k/t istehsalına iqlim dəyişikliyinin təsirinin azaldılması üzrə birgə tədqiqatların aparılması, aqrar sektora yeni innovasiya texnologiyalarının tətbiqinin həyata keçirilməsi, elmi əsaslarla keyfiyyətli çəltik sortlarının yaradılması və toxumçuluğunun təşkili,  quraqlığa davamlı yeni müştərək buğda və arpa sortlarının yaradılması, F1 qarğıdalı hibridlərinin və xətlərinin seleksiyası, buğda və arpa sortlarının seleksiyasına dair sürətli metodların tətbiqi, bir il ərzində bir neçə nəsil alınması, bu istiqamətdə mütəxəssislərin bilik və bacarıqlarının artırılması üçün birgə səylər, ənənəvi və alternativ yem bitkilərinin tədqiqi, biotexnoloji üsulların istifadəsi və s. istiqamətlərdə danışıqlar aparılıb.

© 2020 Əkinçilik ETİ