Xəbərlər

"Ulu Öndər Heydər Əliyevin Gənclər siyasəti" adlı tədbir keçirilib

Gənc Alimlər Şurasının təşkilatçılığı ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Gənclər gününə həsr olunmuş "Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti" adlı tədbir keçirilib. Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
İnstitutun direktoru Faiq Xudayev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamladıqdan sonra əziz və unudulmaz şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. F.Xudayev öz çıxışında Ümumilli lider Heydər Əliyevin gənclər siyasətindən, Müstəqil Azərbaycanda gənclərə verdiyi önəmdən söz açıb. Azərbaycan gəncinin mərd, vətənpərvər və əyilməz olduğunu qeyd edib.
Tədbirdə Türkiyənin Adana Şərqi Aralıq dənizi Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun direktoru Dr. Abdullah Çil, Biotexnologiya laboratoriyasının müdiri Ayşe Nuran Çil və digər qonaqlar da iştirak ediblər. Abdullah Çil institutun gənclərini təbrik edərək, onlara işlərində uğurlar diləyib. Gənc Alimlər Şurasının sədr müavini Rəhilə İslamzadə institut gənclərinin əldə etdiyi nailiyyətlərdən söz açıb. Sonra tədbirdə çıxış edən Gənc Alimlər Şurasının büro üzvləri Reyhan Abdullayeva və Şərqiyyə Əfəndizadə Gənclər günü çərçivəsində aktual məsələlərə toxunublar.
Tədbirin sonunda institutun bir qrup gənc əməkdaşı qazandıqları nailiyyətlərə görə, Təşəkkürnamə və Fəxri fərmanlarla təltif olunublar.
© 2020 Əkinçilik ETİ