Xəbərlər

İnstitutun əməkdaşları “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” IV Respublika müsabiqəsinin final mərhələsində iştirak ediblər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin (KTN) birgə əməkdaşlığı çərçivəsində Elm və Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” IV Respublika müsabiqəsinin final mərhələsi keçirilib.
Müsabiqə regionlar üzrə ekoloji təmiz kənd təsərrüfatının inkişafı və Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması, ekoloji təmiz yerli mədəni bitki növlərinin öyrənilməsi, istifadəsi, bərpası, mühafizəsi və heyvan cinslərinin qorunub saxlanılmasına dair şagirdlərin maarifləndirilməsinə əsaslanıb.
KTN-nin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Sevinc Məmədova və Otlaq və biçənəklər şöbəsinin müdiri Rasib Zeynalov “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” IV Respublika müsabiqəsinin final mərhələsində dənli və texniki bitkilər nominasiyaları üzrə təqdim olunan işlərın qiymətləndirilməsində münsif qismində iştirak ediblər.
Qaliblər bu nominasiyalar üzrə I, II və III yerə layiq görülüb, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
© 2020 Əkinçilik ETİ