Xəbərlər

İnstitutun əməkdaşları Pakistanın Kənd Təsərrüfatı Universitetində keçirilən Beynəlxalq Hibrid Buğda Konfransında iştirak ediblər

Pakistanın Faisalabad şəhərində Kənd Təsərrüfatı Universitetində onlayn formatda Beynəlxalq Hibrid Buğda Konfransı keçirilib. Konfransı salamlama və giriş sözü ilə Faisalabad Kənd Təsərrüfatı Universitetinin (UAF) vitse-kansleri Prof. Dr. İqrar Əhməd Xan açıb. Tədbirin fəaliyyəti çərçivəsində konfransın 1-ci günü Avstraliyadan Dr. Harbans Bariana “Buğdada pas müqavimətinin icmalı”, Pakistandan UAF Prof. Dr. Zülfiqar Əli “Pakistanda hibrid buğda”, Avstraliyadan Dr. Rebecca “Buğdada yüksək temperatura dözümlülüyün sərhədlərini genişləndirmək”, Efiopiyadan Dr. Negash Geleta Ayana tərəfindən ölkə nümunəsi, Pakistan Dünya Resursları İnstitutundan (WRI) Dr. Caved Əhməd “Ölkə nümunəsi araşdırması” və “Hibrid buğdanın potensialı” mövzularında təqdimatlarla çıxış ediblər. Daha sonra Panel müzakirələri aparılıb.
Konfransın işi Texniki sessiyada davam edib. Doktor Məhəmməd Kaşif və Dr.Umara Sehar Ranam məruzə ilə çıxış ediblər. Sonra Hibrid buğdanın perspektivləri, gələcəyi və Hibrid buğda təcrübəsi ilə bağlı müzakirələr aparılıb.
Onlayn formatda keçirilən konfransda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları da iştirak ediblər.
Konfransın 2-ci günü yekun olaraq sahədə Hibrid Buğda Texnologiyası sərgisi və təlimlər keçirilib.
© 2020 Əkinçilik ETİ