Xəbərlər

Layihə çərçivəsində preparatların tətbiqinə start verilib

24.09.22 tarixində Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiat İnstitutu, “Agrosol” MMC və “Etalon Agro” MMC-nin birgə iştirakı ilə «Şoran ərazilərdə kənd təsərüffatı bitkilərinin yetişdirilməsi üçün torpaqların kimyəvi preparatların köməyilə optimal həddə qədər duzlardan azad edilməsi” layhəsi çərçivəsində Kürdəmir rayonunda şoranlıq səbəbindən rentabelli məhsul verə bilməyən sahələrə preparatların tətbiqinə start verilib. Məqsəd şoran torpaqların “Agrosol” MMC-nin təqdim etdiyi kimyəvi preparatların köməyilə, ƏETİ-nin əməkdaşları tərəfindən hazırlanmış plan və proqram üzrə zərərli duzlardan təmizlənməsi olub.

2022-ci ilin noyabr ayında həmin ərazilər təkrar olaraq yoxlanılıb və arpa bitkisinin əkilməsinə qərar verilib. Artıq arpa cücərtiləri vegetasiyanın boruya çıxma mərhələsindədirlər və ərazidə zərərəli duz, sters əlamətləri müşahidə olunmur.

Layihənin nəticələri haqqında mütəmadi olaraq məlumat veriləcək.

© 2020 Əkinçilik ETİ