Xəbərlər

“Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyası təşkil olunub

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Zaqatala Bölgə Təcrübə Stansiyasında ağacəkmə aksiyası keçirilib.
Aksiya Ulu Öndər Heydər Əliyevin 2023-cü ildə qeyd olunacaq 100 illiyinə, həmçinin Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamla 2023-cü ilin Azərbaycanda "Heydər Əliyev İli" elan olunmasına həsr edilib.
Ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə vermək və ictimaiyyətin diqqətini yaşıllaşdırma işinin vacibliyinə yönəltmək məqsədilə keçirilən aksiyada abadlıq və təmizlik işləri aparılıb, müxtəlif ağaclar əkilib.
Tədbirdə institutun direktor müavini Sevinc Məmmədova, “Bitki fiziologiyası” şöbəsinin aparıcı elmi işçisi Sevda Abdulbaqiyeva və Zaqatala BTS-in əməkdaşları iştirak ediblər.

© 2020 Əkinçilik ETİ