Xəbərlər

İnstitutun illik hesabat yığıncağı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) 2022-ci ilə dair elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilmiş illik hesabat yığıncağı keçirilib. Tədbirdə institutun strukturuna daxil olan Bölgə Təcrübə Stansiyalarının (BTS), Dayaq Məntəqələrinin (DM), Təcrübə Sınaq Stansiyalarının (TSS), Yardımçı Təcrübə Təsərrüfatlarının (YTT) rəhbərləri və nümayəndələri də iştirak ediblər. Hesabat yığıncağını giriş nitqi ilə ƏETİ-nin direktoru Faiq Xudayev açıb.
ƏETİ-nin elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova ƏETİ-nin 2022-ci ilə dair elmi və elmi-təşkilati fəaliyyəti haqqında, Arpa proqramının rəhbəri Qərib Novruzlu və Qarğıdalı proqramının rəhbəri Sevindik Dünyamalıyev illik hesabatları təqdim ediblər.

Sonra BTS, DM, TSS, YTT rəhbərlərinin və nümayəndələrinin 2022-ci il üçün təsərrüfat fəaliyyətlərinin yekunları, problemləri və qarşıda duran vəzifələri haqqında illik geniş hesabatları dinlənilib. Sonda yekun müzakirələr aparılıb.

© 2020 Əkinçilik ETİ