Xəbərlər

Əkinçilik ETİ-nin əməkdaşı ADA Universitetində keçirilən seminarda iştirak edib

Əkinçilik ETİ-nin Torpaq və bitki analizləri laboratoriyasının böyük elmi işçisi Rəhilə İslamzadə ADA Universitetində "Azərbaycanın qərb bölgəsində örüşlərin ekoloji vəziyyəti" mövzusuna həsr olunmuş seminarda iştirak edib. Seminarın açılışını ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Sənayesi fakültəsinin dosenti Sahil Quliyev edib. Universitetin Akademik işlər üzrə prorektoru Vəfa Kazdal, ADAU-nun Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri, prof., Məhərrəm Hüseynov, FAO-Milli proqram kordinatoru Elməddin Namazov, AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru Əlövsət Quliyev, ADA Universiteti Kənd Təsərrüfatı və Qida Sənayesi fakultəsinin dosenti Asəf Ömərov və başqaları təqdimatlarla çıxış edib.

Seminarın sonunda müzakirələr aparılıb və xatirə şəkilləri çəkilib.

© 2020 Əkinçilik ETİ