Xəbərlər

İnstitutun əməkdaşları elmi konfransda iştirak ediblər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) “Torpaq və bitki analizləri” laboratoriyasının böyük elmi işçisi Samirə Qəribova və Gənc Alimlər Şurasının sədr müavini, böyük elmi işçi Rəhilə İslamzadə Bitki mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş elmi konfransda iştirak ediblər. Konfransı institutun direktoru a.e.d., professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov açıb. Sonra iştirakçıların təqdimatları dinlənilib və müzakirələr aparılıb.

Elmi konfransda iştirak edən ƏETİ-nin əməkdaşları Rəhilə İslamzadə və Samirə Qəribova təqdimatlarına görə sertifikatlara layiq görülüblər.

© 2020 Əkinçilik ETİ