Xəbərlər

Əkinçilik ET İnstitutu Bakıda keçirilən kənd təsərrüfatı və qida sərgisində iştirak edib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu Bakıda keçirilən 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan") sərgisində iştirak edib.

Sərgidə ƏETİ-nin mandatına daxil olan, həmçinin patentləşmiş və rayonlaşmaya təqdim olunan bitki nümunələri, yumşaq və bərk buğda, arpa, vələmir, çovdar, kinoa, yonca, darı, amarant, sorqo, raps, xaşa, rayqras bitkilətinin toxumları və bu nümunələrdən bişirilmiş çörəklər və digər məhsullar nümayiş olunub.

“Caspian Agro” sərgisi çərçivəsində “Aqrar İnnovasiyalar Forumu” adı altında panel sessiyası keçirilib. İnstitutun direktoru Faiq Xudayev panel sessiyasında çıxış edib.

İnstitut tərəfindən nümayiş olunan nümunələrə aid fermerləri və festival iştirakçılarını maraqlandıran suallar institutun əməkdaşları tərəfindən ətraflı olaraq cavablandırılıb.

© 2020 Əkinçilik ETİ