Xəbərlər

İnstitutun əməkdaşı Türkiyədə keçirilən konfransda iştirak edib

Atatürk Universiteti və Sivas Elm və Texnologiya Universitetinin sponsorluğu ilə Türkiyənin Antalya şəhərində Qida, Kənd Təsərrüfatı və Heyvan Elmləri üzrə 5-ci Beynəlxalq Konfrans (ICOFAAS 2023) keçirilib. 
Konfransda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Təmraz Təmrazov distant olaraq iştirak edib.
O, konfransda 3 müxtəlif mövzu üzrə (Study Of Intensive Cultivation Technology That Ensures High Yield From Cereal Crops In Short Rotation Cropping Cycle, Changes The Assimilation Surface Area And Photosynthetic Potential Of Different Assimilating Organs In Wheat Cultivars Differing By Maturity Due To The Effect Of Drought, Technological methods in the cultivation of field plants) çıxış edib. 
Təqdim olunan mövzular konfrans zamanı maraqla qarşılanıb. Konfransın sonunda hər bir mövzu üzrə sertifikatlar təqdim edilib.
© 2020 Əkinçilik ETİ