Xəbərlər

İnstitutun əməkdaşı Tbilisi şəhərində “Cənubi Qafqazda su diplomatiyasında qadınlar” mövzusunda keçirilən seminarda iştirak edib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d. Şahnaz Amanova Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində “Cənubi Qafqazda su diplomatiyasında qadınlar” mövzusunda keçirilən seminarda ekspert olaraq iştirak edib.

Seminar USAID Cənubi Qafqaz Regional İdarəetmə Proqramı, Hollandiya İnsan Hüquqları İnstitutu Utrext Universiteti, Su Diplomasiyasında Qadınlar Şəbəkəsinin təşkilatçılığı ilə həyata keçirilib.

Seminarda su ilə bağlı qərarların qəbul edilməsində və diplomatiyada qadınların iştirakına diqqət yetirməklə, su idarəçiliyinə aid olan ekoloji sülh quruculuğu və beynəlxalq hüququn qarşılıqlı əlaqəsi müzakirə edilib. Seminarın əsas məqsədi Cənubi Qafqazdan olan qadınları bir-biri ilə əlaqələndirmək, su idarəçiliyi və ətraf mühit sahəsində əməkdaşlıq üzrə işləyənlər arasında fənlərarası, sektorlararası və transsərhəd şəbəkənin yaradılmasına şərait yaratmaqdır. Tədbirin məqsədinin bir hissəsi isə gənc qadınların su diplomatiyasında, qərarların qəbul edilməsində və transsərhəd suların idarə edilməsində yaxından iştirakı üçün amilləri, maneələri və daha əlverişli imkanları müzakirə etməkdir.

© 2020 Əkinçilik ETİ