Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları "Beynəlxalq bitki sağlamlığı günü: Dayanıqlı kənd təsərrüfatında bitki amili" mövzusunda keçirilən Respublika elmi-praktiki konfransında iştirak ediblər

Gəncə şəhəri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Beynəlxalq bitki sağlamlığı günü: Dayanıqlı kənd təsərrüfatında bitki amili" mövzusunda Respublika elmi-praktiki konfransı keçirilib.

Konfransda  Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Xəstəlik və zərərvəricilərə nəzarət” laboratoriyasının müdiri Namella Əzizova və aparcı elmi işçilər Şamama Kərimova və Esmira Hacıyeva iştirak ediblər.

Tədbir  iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzinin foyesində ADAU-nun tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ADAU-nun tanıtım çarxı nümayiş olunub.

ADAU-nun rektoru Zəfər Qurbanov çıxışı zamanı bildirib ki, Ümummilli Liderin ölkənin yeganə ali aqrar təhsil müəssisəsinə göstərdiyi diqqət və qayğı 20 ildən artıqdır ki, Heydər Əliyevin ən layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.

Sonra diğər qonaqlar Gəncə şəhər İcra hakimiyyəti başçısının müavini Adil Tağıyev, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Bakı Ali neft məktəbinin rektoru Elmar Qasımov, Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, AQTİ-nin “Bitki sağlamlığı və risklərin qiymətləndirilməsi” şöbəsinin müdiri Eldar Mustafayev çıxışlarında keçirilən konfransın əhəmiyyətindən danışıb və tədbirin gedişatına uğurlar arzulayıblar.

Sonda konfransın işi bölmələrdə davam edib. Çıxış edənlərə sertifikatlar təqdim olunub.

© 2020 Əkinçilik ETİ