Xəbərlər

Əkinçilik ETİ-nin əməkdaşı İtaliyada keçirilən “Dayanıqlı bağçılıq sistemləri” üzrə sertifikat proqramında iştrak edib

Əkinçilik ETİ-nin “Torpaq və bitki analizləri” laboratoriyasının böyük elmi işçisi Əsmər Əhmədova  ADA universiteti və  Baloniya universitetinin birgə təşkilatçılığı ilə keçirilən  “Dayanıqlı bağçılıq sistemləri” üzrə sertifikat proqramında iştrak edib.

3 moduldan ibarət sertifikat proqramının 3-cü modulu İtaliyanın Boloniya  və Rimini şəhərlərində baş tutub.

Sertifikat proqramı çərçivəsində siyasət, tədqiqat və sahibkarlıq sferası kimi müxtəlif sahələrin nümayəndələri aqro-ərzaq sektorunda yerli kiçik və orta sahibkarlığın aktual problemləri ilə əlaqədar suallara cavab tapmaq üçün qarşılıqlı əlaqədə olmuş və müzakirələr aparılmışdır.

Proqram aqro-ərzaq sistemi üzrə nümayəndələr, o cümlədən sahibkarlar, şirkət rəhbərləri, elmi tədqiqatçılar və hökumət nümayəndələri üçün nəzərdə tutulub. Proqram boyunca iştirakçılar yerli kontekstə uyğunlaşdırılmış müasir həllərlə bağlı təlimlərdə iştirak ediblər, o cümlədən cari qlobal tendensiyalar və ən yaxşı beynəlxalq təcrübələrlə tanış olublar.

Sertifikat proqramının 3-cü modulu dövründə iştirakçıların Baloniya şəhərində Boloniya universiteti rektorluğu və “Əkinçilik və qida elmləri” fakültəsinin müxtəlif laboratoriyaları və istixanaları, Kadriano eksperimanetal stansiyası, “AgroFresh”, “Battistini Vivai” və “İnsalata NİNFA” müəssisələri, intensiv texnologiyaların tətbiq olunduğu müxtəlif meyvə bağlarına səfərləri təşkil edilib. Proqramın sonuncu modulu Rimini şəhərində keçirilən  və Avropanın bağçılıq və kənd təsərrüfatı üzrə ən böyük sərgilərindən olan MACFRUT sərgisində davam etmiş, iştirakçılar dayanıqlı bağçılıq və əkinçiliyin təşkili ilə bağlı müxtəlif ölkələrdən professorların (İtaliya, ABŞ, Almaniya, Portugaliya, İspaniya Kolumbiya)  mühazirələrini dinləyiblər.

Proqramı uğurla başa vurduqdan sonra iştirakçılar ADA və Baloniya universitetləri tərəfindən Sertifikatlar təqdim olunub.

Gələcəkdə elmi-tədqiqat və təhsil əlaqələrinin genişləndirilməsi məqsədilə ADA və Baloniya universitetlərinin akademik heyəti ilə baş tutacaq yeni tanışlıqlar öz bəhrəsini verəcək.

© 2020 Əkinçilik ETİ