Xəbərlər

“ASAN Könüllüləri” Təşkilatı Əkinçilik Elmi-Tədqiqat İnstitutuna səfər ediblər

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “ASAN Könüllüləri” Təşkilatı Əkinçilik Elmi-Tədqiqat İnstitutuna (ƏETİ) ekskursiya ediblər. Onları institutun rəhbərliyi və kollektivi qarşılayıb. İnstitutla tanışlıq müddətində könüllülərə ƏETİ-nin yaranma tarixi, strukturu, kadr potensialı, fəaliyyət istiqamətləri, aparılan elmi-tədqiqat işləri və s. haqqında məlumatları özündə əks etdirən videocarx nümayiş olunub.

ƏETİ-nin direktoru Faiq Xudayev “ASAN Könüllüləri” Təşkilatı ilə keçirilən görüşdə son zamanlar aqrar sahədə institutun rolunu xüsusi vurğulayıb, o cümlədən xarici ölkələrdən gətirilmiş müxtəlif növ bitki və toxum sortları haqqında da ətraflı məlumat verib.

“ASAN Könüllüləri” Təşkilatı institutun muzeyinə, genbankına şöbə və laboratoriyalarına baxış keciriblər. Sonda xatirə şəkili çəkilib.

© 2020 Əkinçilik ETİ