Xəbərlər

Əkinçilik İnstitutuna COP29-Azərbaycan “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində ekskursiya təşkil olunub

COP29-Azərbaycan “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində həyata keçirilən tədbirlərdən biri kimi, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutuna (ƏETİ) “Kaspi” Təhsil Şirkətinin “Kaspi kids” Bakıxanov nümayəndəliyinin uşaqlarının ekskursiyası təşkil olunub.

Uşaqları qarşılayan ƏETİ-nin direktoru Faiq Xudayev, direktor müavini Sevinc Məmmədova və tədbirin təşkilatçısı, laboratoriya müdiri Həlimə Məmmədova uşaqlara institut haqqında məlumat veriblər. Sonra çörəyin hazırlanması ilə bağlı cizgi filmi nümayiş olunub. Uşaqlar çörəyin hazırlanma prosesinin aparıldığı “Dənin keyfiyyəti” laboratoriyasına və ƏETİ-nin Yardımçı Təcrübə Təsərrüfatı Birliyinin Abşeron sahəsinə və texnikalara, eləcə də ətraf mühitdəki yaşıllıqlara baxış keçiriblər.

Ekskursiyanın təşkil olunmasında məqsəd yaşıllığın qorunması və genişləndirilməsi, onun əhəmiyyəti, ƏETİ-nin təcrübə sahələrində taxıl əkinin aparılması və ərzaq təhlükəsizliyinin təminatı baxımından çörəyin hazırlanması ilə bağlı uşaqların maarifləndirilməsi olub.

Ekskursiyanın sonunda uşaqlar üçün əyləncəli proqram təşkil olunub.

© 2020 Əkinçilik ETİ