Xəbərlər

Tərtər Bölgə Təcrübə Stansiyasının kollektivi Samux rayonunda keçirilən Aqrar Biznes Festivalında iştirak edib

Samux rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən Aqrar Biznes Festivalında Əkinçilik Elmi-Tədqiqat institutunun Tərtər Bölgə Təcrübə Stansiyasının rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Festivalın sərgi bölməsində COP29 tədbirinin təşviqatı məqsədilə təbiətqoruyucu texnologiyalar, kənd təsərrüfatlı təyinatlı müasir texnikalar və resurslara qənaət edən effektiv əkin üsulları, bitki mühafizə vasitələri, müxtəlif bitki və tərəvəz toxumları nümayiş olunub.

Tədbirdə dövlət qurumları və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər tərəfindən fermerlərə xidmət və məhsullar barədə geniş məlumat verilib.

Həmçinin, festivalda “GreenAgroHack” hakaton yarışmasının qaliblərinin iştirakı ilə startap zona təşkil olunub. Startap zonada qalib iştirakçılar ağıllı həllərinə dair təqdimatlar nümayiş etdiriblər. Aqrar Biznes Festivalı ilə yanaşı, Samuxda Aqrar İnnovasiya Mərkəzi, Samux Rayon İcra Hakimiyyəti və Gəncə Regional Turizm İdarəsinin birgə təşkilatçılığı ilə “Ərik Festivalı” da keçirilib.

İlk dəfə olaraq keçirilən Ərik Festivalının əsas məqsədi aqroturizm potensialını canlandırmaq, ərik məhsulunun Samux rayonu üçün brendləşməsinə, rayonun sosial-iqtisadi və mədəni inkişafına öz müsbət töhfəsini verməkdir.

© 2020 Əkinçilik ETİ