Xəbərlər

Elmi şuranın növbəti iclası keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) Elmi Şuranın növbəti iclası keçirilib. İclasın gündəliyində olan doktoranturaya qəbul, institutun 2024-cü il üçün elmi və elmi-təşkilatı fəaliyyətinə dair yarımillik qısa hesabatların təqdim edilməsi, Metodiki şura tərəfindən institutun tabeliyində olan və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən təcrübə təsərrüfatlarında mövzu planına uyğun qoyulmuş tarla təcrübələrinin monitorinqi, təcrübə əkinlərinin yığımı ilə əlaqədar institutun YTT Birliyində təşkilat məsələləri, payızlıq dənli-taxıl və dənli paxlalı bitkilərin toxumluq əkinlərindən məhsulun yığılmasına hazırlıq işləri, institutun aparıcı elmi işçisi,a.e.ü.f.d. Savalan Seyfəddinovun dosent elmi adı almaq üçün təqdim etdiyi şəxsi işin və cari məsələlərin müzakirəsi aparılıb.

© 2020 Əkinçilik ETİ