Xəbərlər

Əkinçilik ETİ-də 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 26 İyun-Silahlı Qüvvələr Günü  münasibətilə  tədbir keçirilib.

Əvvəlcə xalqımızın ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ordu quruculuğu sahəsindəki fəaliyyətini əks etdirən film nümayiş olunub.
İnstitutun direktoru, Faiq Xudayev tədbiri giriş sözü ilə açaraq Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi və son illərdə ordu quruculuğu sahəsində əldə olunmuş uğurlardan danışıb. Sonra F.Xudayev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək 30 illik işğala son qoyan ordumuzun qəhrəmanlığından bəhs edib. 

 Daha sonra çıxışlar zamanı ordumuzun keçdiyi şərəfli inkişaf yoluna tarixi ekskurs olunub, Ulu Öndər Heydər Əliyevin Silahlı Qüvvələrimizin formalaşması istiqamətində misilsiz xidmətlərindən danışılıb. Bildirilib ki, bugünkü rəşadətli Azərbaycan Ordusunun möhkəm əsasları Dahi Rəhbərin müdrik və uzaqgörən siyasəti, yorulmaz fəaliyyəti nəticəsində formalaşıb. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə milli hərbçi kadrların hazırlanması, onların vətənpərvərlik, xalqına və dövlətinə sədaqətli insanlar kimi yetişməsi məsələlərinə xüsusi həssaslıqla yanaşıb. Dahi Rəhbərin bilavasitə təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılıb və bu təhsil ocağı peşəkar milli hərbçi kadrların yetişməsində mühüm rol oynayıb. Bundan başqa, hər il onlarla Azərbaycan gənci İttifaqın nüfuzlu hərbi məktəblərinə təhsil almaq üçün göndərilib.

Ümummilli lider Heydər Əliyevin xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də mühüm addımlar atılıb, genişmiqyaslı, köklü islahatlar həyata keçirilib.

Tədbirlərdə çıxış edənlər vurğulayıblar ki, dahi rəhbər Heydər Əliyev tərəfindən başlanılan qüdrətli Milli Ordu quruculuğu istiqamətində davamlı islahatlar ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qüdrətinin və döyüş qabiliyyətinin daha da artırılması, onun ən müasir silahlarla təchiz edilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin daim gücləndirilməsi ordu quruculuğu siyasətinin əsas istiqamətləri kimi diqqət çəkir. Ordumuz son illər ərzində daha da modernləşib, Silahlı Qüvvələrimizin arsenalı ən son hərbi texnologiyalarla zənginləşdirilib. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərlə hərb tarixinin yeni və şanlı salnaməsini yazıb. Şanlı Ordumuzun şücaəti, Vətən uğrunda apardığı müqəddəs savaşı sayəsində torpaqlarımız düşmən tapdağından azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. 44 günlük Vətən müharibəsində Ordumuz əsl gücünü dünyaya nümayiş etdirib.

© 2020 Əkinçilik ETİ