Xəbərlər

COP 29 Azərbaycan beynəlxalq tədbiri ərəfəsində Əkinçilik Elmi-Tədqiat İnstitutu və “GROUND IMPROVER Azərbaijan” MMC arasında əməkdaşlıq müqaviləsi bağlanıb

Dünyada suvarılan torpaqların 30%-ə qədəri şoranlaşmaya və şorakətləşməyə məruz qalıb. Hər il suvarılan torpaqların 1,5 mln. hektarı şoranlaşaraq sıradan çıxır. Şimali Amerikada deqradasiyaya uğrayan suvarılan torpaqlar 28%, Avropada 16%, Avstraliyada 13% təşkil edir. Rusiyada deqradasiyaya uğrayan suvarılan torpaqların sahəsi inkişaf etmiş ölkələrdən çox olub 35%-ə çatır. Azərbaycanda 600 min  hektara yaxın torpaq sahəsi müxtəlif dərəcədə şoranlaşmaya məruz qalıb.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiat İnstitutu (ƏETİ) və “GROUND IMPROVER Azərbaijan” MMC arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən “Şoran ərazilərdə kənd təsərüffatı bitkilərinin yetişdirilməsi üçün torpaqların kimyəvi preparatların köməyilə optimal həddə qədər duzlardan azad edilməsi” layhəsi çərçivəsində Ağdaş rayonunda zərərli duzların miqdarının yüksək olma  səbəbindən əkin aparıla bilməyən  sahələrə preparatların tətbiqinə start verilib. Məqsəd şoran torpaqların “GROUND IMPROVER Azərbaycan” MMC-nin təqdim etdiyi kimyəvi preparatların köməyilə, ƏETİ-nin əməkdaşları tərəfindən hazırlanmış plan və proqram üzrə zərərli duzlardan təmizlənməsinə təsirinin  öyrənilməsidir.

Qeyd edək ki, sınaqlar “AZORGANİK” Kənd Təsərrüfatı İstehsal-İstehlak Kooperativinə məxsus və zərərli duzların miqdarının yüksək olma səbəbindən əkin aparıla bilməyən ərazidə həyata keçirilir. 

© 2020 Əkinçilik ETİ