Xəbərlər

Bolqarıstan Kənd Təsərrüfatı Akademiyası Konstantin Malkov adına Bitki Genetik Ehtiyatları İnstitutunun əməkdaşları Əkinçilik Elmi-Tədqiqat İnstitutuna səfər ediblər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) direktor Faiq Xudayevlə Bolqarıstan Kənd Təsərrüfatı Akademiyası Konstantin Malkov adına Bitki Genetik Ehtiyatları İnstitutunun Milli Genetik Toxum Bankının menecerləri texnika elmləri üzrə fəlsəfə doktoru dossent Gergana Desheva və Evgeniya Kostadinova arasında əməkdaşlıq əlaqələrinin yaradılması məqsədilə tanışlıq görüşü keçirilib.

F.Xudayev institutun yaranma tarixi, elmi və təşkilatı fəaliyyəti, mandata daxil olan bitkilər və onların toxumçuluğu, eyni zamanda institutun aqrar sahədəki rolu, həmçinin xarici ölkələrdən gətirilmiş müxtəlif növ bitki və toxum sortları haqqında ətraflı məlumat verib. Qonaqlar institutun genbankına, kitabxanasına, muzeyinə, şöbə və laboratoriyalarına baxış keçiriblər.

Tərəflər arasında əməkdaşlıq əlaqələrinin yaradılması məqsədilə danışıqlar aparıldıqdan sonra razılıq əldə olunub.

© 2020 Əkinçilik ETİ