Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər həyata keçirilir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP29) çərçivəsində həyata keçiriləcək tədbirlərin təşkil edilməsinə dair Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tədbirlər Planına uyğun olaraq (Tədbir N28) “Taxıl sahələrinin biçindən sonra yandırılmasının qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin gücləndirilməsi və maarifləndirmə işinin təşkili” məqsədi ilə Əkinçilik ET İnstitutu tərəfindən respublikamızın müxtəlif bölgələrini əhatə edən təcrübə təsərrüfatlarının mütəxəssisləri və istehsalçı fermerlərin iştirakı ilə Dövlər Aqrar İnkişaf Mərkəzlərində (DAİM) təlim sessiyalarının keçirilməsinə başlanılıb.

“Biçindən sonra taxıl sahələrinin yandırılmasının ekoloji fəsadları” mövzusunda ilk təlim 7 avqust 2024-cü il tarixində Əkinçilik ETİ-nin Şəki Dayaq Məntəqəsinin mütəxəssislərinin və bölgə fermerlərinin iştirakı ilə Şəki DAİM-də keçirilib.

Təlimin keçirilməsində əsas məqsəd taxıl sahələrinin biçindən sonra yandırılmasının iqlim dəyişikliklərinə, ətraf mühitə, torpağın münbitliyinə mənfi təsirləri, iqtisadi zərəri, inzibati xətalar məcəlləsinə görə nəzərdə tutulan cərimələr haqda maarifləndirmə işinin aparılması, küləş və samanın torpağa mulça şəklində verilməsinin, bitki qalıqlarının düzgün idarə olunmasında resursqoruyucu əkinçilik üsullarının əhəmiyyətinin diqqətə çatdırılması olub.

Təlim zamanı “Taxıl biçinindən sonra sahənin yandırılmasının fəsadları” adlı maarifləndirici videoçarx yayımlanıb.

Yekunda müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb.

© 2020 Əkinçilik ETİ