Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər həyata keçirilir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP29) çərçivəsində həyata keçiriləcək tədbirlərin təşkil edilməsinə dair  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tədbirlər Planına uyğun olaraq (Tədbir N28) “Taxıl sahələrinin biçindən sonra yandırılmasının qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin gücləndirilməsi və maarifləndirmə işinin təşkili” məqsədi ilə  Əkinçilik ET İnstitutu tərəfindən  respublikamızın müxtəlif bölgələrini əhatə edən təcrübə təsərrüfatlarının mütəxəssisləri və istehsalçı fermerlərin iştirakı ilə Dövlər Aqrar İnkişaf Mərkəzlərində (DAİM) təlim sessiyaları keçirilir.

“Biçindən sonra taxıl sahələrinin yandırılmasının ekoloji fəsadları” mövzusunda növbəti təlim 8 avqust 2024-cü il tarixində Əkinçilik ETİ-nin Qobustan Bölgə Təcrübə Stansiyasının (BTS) mütəxəssislərinin və bölgə fermerlərinin iştirakı ilə Qobustan DAİM-də olub.

Təlimin keçirilməsində məqsəd biçindən sonra taxıl sahələrinin yandırılmasının ətraf mühitə, torpağın  münbitliyinə, torpaq biotasına mənfi təsirləri, iqtisadi cəhətdən  zərəri, inzibati  xətalar məcəlləsinə görə nəzərdə tutulan cərimələr haqda maarifləndirmə işinin aparılması, küləş və samanın xırdalanaraq torpağa mulça şəklində verilməsinin, eləcə də bitki qalıqlarının düzgün idarə olunmasında resursqoruyucu əkinçilik üsullarının əhəmiyyətinin diqqətə çatdırılması olub.

 Təlimdə Qobustan BTS-in direktoru b.e.d., dosent Cahangirov Atabəy Ağasoltan oglu  “Biçindən sonra taxıl sahələrinin yandırılmasının ətraf mühitə, torpağın  münbitliyinə mənfi təsirləri və onların qarşısının alınması” mövzusunda,  Qobustan DAİM-in aparıcı məsləhətçisi Mahmudzadə Baba Məzahir oğlu “Məhsul qalıqlarının düzgün idarə olunması üçün resursqoruyucu əkinçilik təcrübələrinin tətbiqinin rolu” mövzusunda çıxış ediblər.

Təlim zamanı “Taxıl biçinindən sonra sahənin yandırılmasının fəsadları” adlı maarifləndirici videoçarx yayımlanıb.

Yekunda müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb.

© 2020 Əkinçilik ETİ