Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər həyata keçirilir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP29) çərçivəsində həyata keçiriləcək tədbirlərin təşkil edilməsinə dair  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tədbirlər Planına uyğun olaraq (Tədbir N28) “Taxıl sahələrinin biçindən sonra yandırılmasının qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin gücləndirilməsi və maarifləndirmə işinin təşkili” məqsədilə  Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ) tərəfindən  respublikamızın müxtəlif bölgələrini əhatə edən təcrübə təsərrüfatlarının mütəxəssisləri və istehsalçı fermerlərin iştirakı ilə Dövlər Aqrar İnkişaf Mərkəzlərində (DAİM) təlim sessiyaları keçirilib.

9 avqust 2024-cü il tarixində ƏETİ-nin Tərtər Bölgə Təcrübə Stansiyasının (BTS), Bərdə Regional Bitki Mühafizə Mərkəzinin mütəxəssislərinin və bölgə fermerlərinin iştirakı ilə Tərtər DAİM-də “Biçindən sonra taxıl sahələrinin yandırılmasının ekoloji fəsadları” mövzusunda növbəti təlim  keçirilib.

Təlimin keçirilməsində məqsəd biçindən sonra taxıl sahələrinin yandırılmasının ətraf mühitə, torpağın  münbitliyinə, torpaq biotasına mənfi təsirləri, iqtisadi cəhətdən  zərəri, inzibati  xətalar məcəlləsinə görə nəzərdə tutulan cərimələr haqda maarifləndirmə işinin aparılması, küləş və samanın xırdalanaraq torpağa mulça şəklində verilməsinin, eləcə də bitki qalıqlarının düzgün idarə olunmasında resursqoruyucu əkinçilik üsullarının əhəmiyyətinin diqqətə çatdırılması olub.

 Təlimdə Tərtər BTS-in  “Bitki seleksiyası” şöbəsinin elmi işçisi  Həşimova Həqiqət Cavanşir qızı “Taxıl sahələrinin biçindən sonra yandırılmasının iqlim dəyişikliklərinə təsiri”,  Tərtər DAİM-in “Bitkiçilik” sektorunun müdiri Behbudov Arif  Kazım oğlu “Məhsul qalıqlarının düzgün idarə olunması üçün resursqoruyucu əkinçilik təcrübələrinin tətbiqinin rolu”, Bərdə Regional Bitki Mühafizə Mərkəzinin aqronomu Əzimov Füzuli Şükür oğlu “Biçindən sonra taxıl sahələrinin yandırılmasının ətraf mühitə mənfi təsirləri və onların qarşısının alınması” mövzusunda çıxış ediblər.

Təlim zamanı “Taxıl biçinindən sonra sahənin yandırılmasının fəsadları” adlı maarifləndirici videoçarx yayımlanıb.

Yekunda müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb.

© 2020 Əkinçilik ETİ