Xəbərlər

“Taxıl istehsalında yeni sortlardan istifadə və mütərəqqi becərmə texnologiyalarının tətbiq olunması” mövzusunda onlayn təlim keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutu “Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin müdiri, b.ü.f.d., dosent Təmraz Təmrazov tərəfindən “Taxıl istehsalında yeni sortlardan istifadə və mütərəqqi becərmə texnologiyalarının tətbiq olunması” mövzusunda onlayn təlim keçirilib.

Təlimçi qeyd edib ki, yeni texnologiyaların tətbiqi və təkrar əkinlərin əhəmiyyətindən danışsaq, taxıl bitkilərindən yüksək və keyfiyyətli məhsul almaq üçün keyfiyyətli toxumdan, mütərəqqi və səmərəli becərmə texnologiyalarından istifadə edilməli, taxıl biçinindən sonra həmin sahələrə qısa vegetasiyalı qarğıdalı, günəbaxan, soya, darı bitki toxumları səpərək təkrar əkinlərin becərilməsinə nail olarıq.

Daha sonra təlimçi Azərbaycanda müxtəlif ərazilərdə uyğun buğda sortlarının  becərilməsi; Müəyyən olunmuş ərazilərdə əkilən ərzaqlıq buğda sortlarının torpaq-iqlim şəraitinə tələbatı, növbəli əkinin əhəmiyyəti və torpağın səpinə hazırlanması; Buğda əkilən ərazilərdə torpağın becərilmə sisteminin dəqiqləşdirilməsi; Torpağın əsas becərilməsi üsullarının müəyyənləşdirilməsi; Ərzaqlıq buğda əkilən bölgəyə uyğun olaraq səpin üçün toxuma olan tələbat, sortun seçilməsi və səpin sulları; Əkin materiallarının inkişaf mərhələlərində qida maddələrinə olan təlabat, bitki sıxlığının məhsuldarlığa təsiri və bitki mühafizə tədbirlərinin əhəmiyyəti və s. məsələlər haqqında geniş izahat verib.

Təlimdə hədəf qrupu olaraq “Bitkiçilik” sektoru üzrə Respublika DAİM-nin əməkdaşları iştirak ediblər.

Mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.

© 2020 Əkinçilik ETİ