Xəbərlər

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İqlim dəyişmələri və tütünçülük üzrə aqrobiznesin inkişafında yerli xammalın rolu” mövzusunda təlim-seminar keçirilib

2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı, COP 29-da təsbit edilmiş məqsədlərlə bağlı Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) fəaliyyət istiqamətlərinə uyğun olaraq bitkiçilikdə məhsuldarlığın artırılması, eləcə də qeyri-neft sektorunun inkişaf etdirilməsi üzrə fermerlər və istehsalçıların maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ƏETİ-nin Şəki Dayaq Məntəqəsinin (DM) və Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İqlim dəyişmələri və tütünçülük üzrə aqrobiznesin inkişafında yerli xammalın rolu” mövzusunda təlim-seminar keçirilib.

Tədbirdə ƏETİ-nin, Şəki DM-nin, Zaqatala Bölgə Təcrübə Stansiyasının, Şəki DAİM-nin əməkdaşları Suçma və Dərəcənnət kənd sakinləri, tütün tədarükü ilə məşğul olan hüquqi şəxslər, sahibkarlar və fermerlər iştirak ediblər.

Açılış sözü ilə ƏETİ-nin Elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova çıxış edərək qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından tütünçülüyün əhəmiyyətindən və bu sahənin elmi əsasalarla inkişafı üçün qarşıda duran vəzifələrdən bəhs edib.

Şəki DAİM-nin direktoru Azər Şamilov bölgədə, xüsusi ilə Şəki rayonunda tütünçülüyün əhəmiyyəti və gəlirli aqrobiznes sahələrindən biri olduğunu vurğulayıb.

Proqram üzrə ƏETİ-nin mütəxəssisləri tərəfindən “Tütünçülüyün inkişafında innovativ yanaşmaların rolu”, “Əkinçilik ETİ-də tütünçülük üzrə aparılan elmi və təsərrüfat işləri”, “Virciniya tipli tütün sortlarından yüksək keyfiyyətli məhsul alınması yolları” mövzularında çıxışlar dinlənilib.

Şəki DAİM-nin “Bitkiçilik” sektorunun müdiri Ağalar Mustafayev, mütəxəssis Nizami İşmayılov tütünçü fermerlərin marifləndirilməsi üzrə aparılan tədbirlərdən danışıb.

Daha sonra Şəki DM-də tütün bitkisinin təcrübə sahəsinə və Abdurahmanov Asif Məhyəddin oğlunun təsərrüfatında əkilmiş fermerin sortu ilə ƏETİ-nin Virciniya tipli iki sortunun əkin sahəsinə baxış keçirilib, müqayisəli  qiymətləndirmə aparılıb.

İştirakçılar tərəfindən səsləndirilən suallar cavablandırılıb, müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb.

© 2020 Əkinçilik ETİ