Xəbərlər

İnstitutun əməkdaşı Türkiyədə keçirilən “Avrasiyada biomüxtəliflik - SEAB 2024” VII Beynəlxalq Simpoziumda iştirak edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutu, Odlar Yurdu Universiteti, Ərzurum Texniki Universiteti, Atatürk Universiteti, Muğla Sıtkı Koçman Universiteti, Al-Farabi Qazax Milli Universiteti, Bitki Biologiyası və Bioteхnologiyası İnstitutu (Qazaxıstan), Hüceyrə Biologiyası və Genetik Mühəndisliyi İnstitutu, Ukrayna Milli Elmlər Akademiyası, Kiyev Taras Şevçenko Milli Universiteti, Gürcüstan Kənd Təsərrüfatı Elmləri Akademiyası, Rusiya Dövlət Aqrar Universiteti, Belarus Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin Ərzurum şəhərində “Avrasiyada biomüxtəliflik - SEAB 2024” VII beynəlxalq simpoziumu keçirilib.

Simpozium biomüxtəlifliyin aktual elmi problemlərinə həsr olunub.

“SEAB 2015” adı altında beynəlxalq simpoziumun yaranmasının  təməli və təşkili 01-05 iyun 2015-ci il tarixindən başlayaraq SEAB Dendrologiya İnstitutu, Türkiyənin Pamukkale Universiteti, Belarus Dövlət Universiteti, Al-Farabi Qazaxıstan Milli Universiteti, Qazaxıstan Bitki Biologiya və Biotexnologiya İnstitutu, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsi və Rusiya Dövlət Aqrar Universiteti və s. hər il müxtəlif ölkələrdə  birgə təşkil edilib. 

Beynəlxalq Simpozium bir neçə istiqamət üzrə canlı də internet üzərindən distant şəkildə keçirilib.

Simpoziumun əhatə etdiyi mövzular heyvanların biomüxtəlifliyi, süni intellekt və biomüxtəliflik tədqiqatlarının inteqrasiyası, həyatın biokimyəvi müxtəlifliyi, biomüxtəlifliyin qorunması strategiyaları və təcrübələri, biomüxtəliflik haqqında məlumatlandırma və təhsildə innovativ yanaşmalar, biomüxtəliflik və qida müxtəlifliyi, biocoğrafiya və biomüxtəliflik, bioloji işğallar və biomüxtəliflik, bioinformatika, biotexnologiya, bioremediasiya və s. olub.

Qeyd edək ki, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin müdiri b.ü.f.d., dosent Təmraz Təmrazov simpoziumda distant şəkildə iştirak edib.

T.Təmrazov həmmüəliflərlə birgə 1Tamraz Tmarazov, 2Faig Khudayev, 2Zahida Abdullayeva “Effect of biological diversity in crop rotation on biochemical indicators and yield in green mass of corn, soybean and winter forage pea” adlı mövzu ətrafında ingilis dilində təqdimat edib. Mövzu ətrafında yaranan suallara da məruzəçi ətraflı şəkildə aydınlıq gətirib.

© 2020 Əkinçilik ETİ