Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutu Ağsu və Zərdab rayonlarında keçirilən növbəti toxum sərgi-satış yarmarkalarında iştirak edib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Aqrar İnnovasiyaların kənd təsərrüfatı məhsul istehsalçıları arasında təbliği və təşviqi məqsədilə Ağsu və Zərdab rayonlarında növbəti toxum sərgi-satış yarmarkaları keçirilib. Yarmarkada Əkinçilik Elmi-Tədqiqat İnstitutunu Qobustan və Tərtər  BTS-nın nümayəndələri müvafiq eksponat və sərgi materiallar ilə təmsil ediblər. Toxum sərgi-satış yarmarkalarında Mərkəzi Aran və Dağlıq-Şirvan iqtisadi rayonlarından olan toxumçu fermerlər və toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər iştirak edib, öz məhsullarının nümayiş və satışını həyata keçiriblər. Yarmarkada rayonlaşdırılmış və sertifikatlı toxumlar nümayiş olunub, mütəxəssislər tərəfindən fermerlərə dənli bitkilərin və tərəvəzlərin əkin texnologiyası ilə bağlı tövsiyələr verilib. Tədbir çərçivəsində Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri fermerlər üçün “Buğda və arpanın sertifikatlaşdırılması” mövzusunda məlumatlandırma sessiyası təşkil ediblər.

© 2020 Əkinçilik ETİ