Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Türkiyədə keçirilən Beynəlxalq Konfransda iştirak edib
Türkiyə Respublikası Ege Universiteti, Azərbaycan Respublukası Bakı Dövlət Universiteti və Özbəkistan Respublikası Andijan Dövlət Universitetinin birgə əməkdaşlığı ilə “Avrasiyanın biomüxtəlifliyinin qorunması” mövzusunda II Beynəlxalq konfrans keçirilib. Konfrans Avrasiya, xüsusən də Türk dövlətləri arasında bir müstəvidə qlobal prioritet olan ətraf mühitin pozulması nəticəsində insan rifahına problem yaradan məsələləri və onların yumşaldılması istiqamətində alimlər arasında tərəfdaşlıqda gələcək naminə yaranmış strategiyalara və son çağırışlara əsaslanıb.
Konfrans onlayn formatda bir neçə istiqamət üzrə keçirilib. Konfransın əhatə etdiyi mövzular “Avrasiyada genetik biomüxtəlifliyin problem və həlli yolları”, “Nadir bitki və heyvanlar mühafizəsi, onların bərpası”, “Su ekosistemlərinin biomonitorinqi və onların mühafizəsi”, “Avrasiyada fotosintezedici orqanizmlərin qorunması”, “Avrasiyada bakteriyaların, göbələklərin və onların simbiotik tərəf müqabillərinin qorunması” və s. olub.
ICEB-2024-ün təşkilat komitəsi tərəfindən konfransa Avrasiyanın biomüxtəlifliyi ilə maraqlanan alim və tədqiqatçılar dəvət edilib.
Özbəkistanın Andijan Dövlət Universitetində keçirilən açılış konfransının nailiyyətindən sonra 02-04 sentyabr 2024-cü il tarixlərində Türkiyənin İzmir şəhərindəki Ege Universitetində ikinci konfransı baş tutub. Konfrans Avrasiya landşaftına təsir edən kritik bir problemlərin (Avrasiyada artan quraqlıq stressi və onun biomüxtəlifliyə zərərli təsiri) müzakirəsinə yönəlib.
Quraqlıq şəraitinin regionlarda güclənməsi ekosistemlər, kənd təsərrüfatı və insanların rifahı üçün əhəmiyyətli problemlərə gətirib çıxarıb. ICEB-2024 quraqlıq faktoru, biomüxtəlifliyin itməsi və potensial təsir azaltma strategiyaları arasında mürəkkəb qarşılıqlı əlaqəni araşdırmaq üçün platforma təqdim edib.
Konfransın Təşkilat Komitəsi və aidiyyəti institutlar bu konfransda Avrasiyanın biomüxtəlifliyinə diqqət yetirərək bilik mübadiləsi və əməkdaşlıq üçün həll yollarını müzakirə ediblər. Konfransın nəticəsi olaraq, alimlər arasında tərəfdaşlıqda gələcək irəliləyiş son strategiyalar əsasında qurulacaq.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin müdiri b.ü.f.d., dosent Təmraz Təmrazov konfransda iştirak edib. O,“Study of the effect of drought on the main morphophysiological characteristics and productivity of different wheat genotypes cultivated in Azerbaijan” adlı mövzu üzrə geniş təqdimatla ingilis dilində çıxış edib. T. Təmrazov mövzu ətrafında yaranan suallara ətraflı şəkildə aydınlıq gətirib.