Elanlar

BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı - COP29 çərçivəsində

“QLOBAL İQLİM DƏYİŞKƏNLİYİ ŞƏRAİTİNDƏ MÜASİR ƏKİNÇİLİK: AKTUAL PROBLEMLƏR, İNKİŞAF TENDENSİYALARI, PERSPEKTİVLƏR”

mövzusunda 17 oktyabr 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda hibrid formatda keçiriləcək

BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS

 

TƏŞKİLATÇILAR:

  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu;
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu.

 

Elmi İstiqamətləri:

  • Dəyişkən iqlim şəraiti və  kənd təsərrüfatı istehsalının dayanıqlı idarə olunması;
  • Taxılçılıqda məhsuldarlığın artırılmasına müasir elmi və praktiki yanaşmalar, məhsul istehsalının səmərəliliyinin yüksəldilməsi yolları;
  • Dəyişkən mühit şəraitinə uyğunlaşan k/t bitki sortlarının yaradılmasnın əhəmiyyəti;
  • Kənd təsərrüfatında inovativ texnologiyaların tətbiqi: ekoloji və iqtisadi səmərə;
  • Üzümçülük və şərabçılıqda tullantısız texnologiyaların inkişaf etdirilməsi;
  • İqlim dəyişkənliyi şəraitində torpaqların fiziki, kimyəvi və bioloji keyfiyyətinin idarə olunması.

Konfransın mövzusuna və elmi istiqamətlərinə uyğun olan tezislər konfrans materialları toplusuna daxil ediləcək.

Konfransın nəticələrinə əsasən redaksiya heyyəti tərəfindən seçilmiş tezislərin geniş məqalələri ƏETİ-nin Elmi Əsərləri Məcmuəsinin 6(35) CİLD, 2-ci nömrəsində nəşr olunacaq.

 

  Konfrans materialının tərtibat qaydaları:

 

Konfransın materialı kimi konfransın elmi istiqamətlərindən birinə uyğun olan elmi mətbuatda dərc olunmayan, azərbaycan, rus və ingilis dillərindən birində yazılmış məruzələr qəbul edilir.

Məruzənin adı:  Microsoft Word  for Windows redaktorundan istifadə edilməklə hər üç dildə, böyük hərflərlə, Times New Roman, yağlı şriftlə, mərkəzləşdirilmiş, ölçü 12, interval 1 sm, UOT(УДК, UDC) Məqalənin aid olduğu elm sahəsinə uyğun universal onluq təsnifat indeksi.

Müəlliflərin s.a.a. (tam): kiçik hərflərlə, yağlı şriftlə, mərkəzləşdirilmiş, ölçü 12, interval 1 sm, hər üç dildə.

Müəlliflərin iş yeri (tam): təşkilatın yerləşdiyi şəhər, ölkə - kiçik hərflərlə, kursiv, ölçü 11, interval 1 sm, hər üç dildə, varsa ORCID.

Elektron poçt ünvanı: mərkəzləşdirilmiş.

Mətnin yığılması: A4 formatda, yuxarıdan – 2 sm, sağdan – 1,5 sm, soldan – 3 sm, ölçü 12, interval 1,5 sm. Tezisin mətni  250-300 sözdən ibarət olmalıdır. Mətndə tədqiqatın aktuallığı, məqsədi, obyekti, aparıldığı il, əldə edilmiş nəticələr və yekun əks etdirilməlidir.

Açar sözlər:  4-5 söz olmaqla, üç dildə, kursivlə, ölçü 11.

Nümunə:

UOT 634.8

ÜZÜM ƏKİNLƏRİNDƏ ALAQ OTLARININ DAVAMLI İDARƏ OLUNMASINA BECƏRMƏ TƏDBİRLƏRİNİN TƏSİRİ

Esmira Əlinağı qızı Hacıyeva, aqrar elmlər üzrə fəlsəfə doktoru

Аzərbaycan Respublikası KTN Əkinçilik ET İnstitutu,Pirşağı qəs. Sovxoz 2, Az 1098, Bakı

[email protected]

ВЛИЯНИЕ СПОСОБОВ ОБРАБОТКИ ПОЧВЫ НА УСТОЙЧИВОЕ УПРАВЛЕНИЕ СОРНЯКАМИ НА ВИНОГРАДНИКАХ

 Эсмира Aлинаги кызы Гаджиева, доктор философии по аграрным наукам

Научно-Исследовательский Институт Земледелия МСХ Азербайджанской Республики, пос. Пиршаги. Совхоз 2, Az 1098, Баку

THE EFFECT OF CULTIVATION MEASURES ON THE CONTINUOUS CONTROL OF WEEDS IN GRAPE PLANTATIONS

Esmira Hajiyeva, PhD in Agrarian Sciences

Research Institute of Crop Husbandry of the Ministry of Agriculture of the Republic of Azerbaijan, Pirshagi settl., Sovkhoz 2, Az 1098, Baku

 

Açar sözlər: üzüm əkinləri, alaqlar, inteqrir mühafizə, becərmə tədbirləri

Ключевые слова: виноградники, сорняки, комплексная защита, способы обработки почвы 

Keywords: grape crops, weeds, integrated protection, cultivation measures

Alaqlar üzüm bitkisində məhsuldarlığı və keyfiyyəti aşağı salmaqla yanaşı, zərərverici və xəstəliklərin inkişafı üçün əlverişli şərait yaradaraq, onlarla mübarizə ehtiyacını artırır. Aqrotexniki mübarizənin ən səmərəli üsulu olan torpağın düzgün becərilmə sistemi əkinlərin alaq otları ilə sirayətlənmə dərəcəsinə böyük təsir göstərir. Torpağın becərilməsi tədbirləri toxumun yerləşmə dərinliyinə, cücərməsinə və alaq cücərtilərinin məhv olması kimi proseslərə təsir göstərir. Üzüm əkinlərində alaq otları ilə mübarizədə torpağın becərmə tədbirlərinin öyrənilməsi məqsədilə tədqiqatlar 2021-2023-cü illərdə aparılmışdır. Tədqiqat sahəsində yazlıq alaqlardan vələmir, tarla noxudu, dəli quramit, unluca; qışlayanlardan çobançantası, tarla qərənfili; payızlıqlardan tarla tonqalotu, tarlaotu; çoxilliklərdən çəhrayı qanqal, çayır, adi zəncirotu, kalış və s. növlər müşahıdə edilmişdir. Payız becərmə üsullarının alaqlara təsirinin öyrənilməsində nəzarət sahəsində alaqların sayı 21 ədəd, 22-25 sm dərinlikdə şumlamada 8 ədəd az, torpaq qatını çevirməklə 22-25 sm şumlamada 12 ədəd az, 25-28 sm torpaq qatını çevirməklə şumlama aparıldıqda 16 ədəd az olmuşdur. Alaq otlarına yaz becərmə tədbirlərinin təsirini müəyyən ermək üçün aparılan tədqiqatlarda nəzarətdə 86 ədəd alaq, 15 sm dərinlikdə şumlama, 2 dəfə kultivasiya aparıldıqda nəzarətdən 38 ədəd az,  20 sm dərinlikdə şumlama ilə 3 kultivasiya aparılmış variantda 54 ədəd az; 25 sm dərinlikdə şumlama, 4 dəfə kultivasiya aparılmış variantda 67 ədəd az alaq qeydə alınmışdır. Bu variantda aparılan mübarizə tədbirlərinin bioloji səmərəliliyi diğər variantlarla müqaisədə 33,8-15,2% cox olmuşdur. Beləliklə, alaq otlarına qarşı müxtəlif tədbirlərin istifadəsinin mümkün potensial təsirlərini araşdırmaq və elmi əsaslarla optimallaşdırmaq üçün tədqiqatların aparılması əhəmiyyətlidir. Aparılan tədqiqatın nəticəsindən göründüyü kimi, torpağın daha dərin çevrilməsilə üst qatda olan toxum ehtiyatının cücərmə ehtimalı azalmış, çoxilliklərin daha dərinlikdə olan yeraltı gövdə və tumurcuqları kəsilərək torpağın üst qatına çevrilmiş və alaqların sayı digər variantlarla müqaisədə daha az olmuşdur.

 

Ətraflı məlumatlar https://www.aetei.az-da yerləşdirilmişdir. Konfrans materialları 7 oktyabr 2024-cü il tarixindən gec olmayaraq  [email protected]  elektron poçt ünvanına göndərilməlidir.

         

       Əlaqə:

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “İnformasiya təminatı və elmi nəticələrin tətbiqi” şöbəsinin müdiri – Pərvanə Məmmədova

Telefon nömrəsi: +994 55 607-83-14

 

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun “İnformasiya təminatı və elmi nəticələrin tətbiqi” şöbəsinin müdiri – Aynurə Quliyeva

Telefon nömrəsi: +994 50 624-88-78

© 2020 Əkinçilik ETİ