Xəbərlər

Elmi şuranın növbəti iclası keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) Elmi şuranın növbəti iclası keçirilib. İclasın gündəliyində olan BMT-nin İqlim Dəyișmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı - COP29 çərçivəsində "QLOBAL İQLİM DƏYİŞKƏNLİYİ ŞƏRAİTİNDƏ MÜASİR ƏKİNÇİLIK: AKTUAL PROBLEMLƏR, İNKİŞAF TENDENSİYALARI, PERSPEKTİVLƏR" mövzusunda 17 oktyabr 2024-cü il tarixində ƏETİ və Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən keçiriləcək Beynəlxalq Elmi-praktiki konfrans, ƏETİ-nin mövzu planına və tədqiqat proqramlarına uyğun olaraq bölgə təsərrüfatlarında payız əkinlərinin həyata keçirilməsi, qəbul imtahanından müvəffəqiyyətlə keçən doktorantlar, Rusiya Təbiət Elmləri Akademiyasının Alimlər, müəllimlər ve mütəxəssislər Beynəlxalq Assosiasiyası RTEA-nın müxbir üzvü, ƏETİ-nin "Bitki fiziologiyası" şöbəsinin baș elmi işçisi, aqrar elmləri doktoru Kərimov Yasin Həbib oğlunun 19 noyabr 2024-cü il tarixində Moskva şəhərində keçiriləcək Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvlərinin seçkisində iştirakı, nəșriyyat fəaliyyəti və cari məsələlərin müzakirəsi aparılıb.

© 2020 Əkinçilik ETİ