Peşə bayramı münasibətilə tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərmana əsasən 1 noyabr tarixi Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
Peşə bayramı münasibətilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda tədbir keçirilib. Tədbirdə institutun direktor müavini Qərib Novruzlu çıxış edərək kollektivi peşə bayramı münasibətilə təbrik edib. Daha sonra kollektiv əməkdaşlarının ürək sözləri dinlənilib.
Bu bayram günündə institutun bir qrup əməkdaşı yubileyləri münasibətilə təbrik ediliblər.