Xəbərlər

Əkinçilik ET İnstitutunda növbəti elmi seminar keçirildi

20.04.2018 tarixində Əkinçilik ET İnstitutunda növbəti elmi seminar keçirildi. institutun istehsalat üzrə direktor müavini Atif Zamanov Seminarı giriş sözü ilə acdıqdan sonra cıxış üçün sözü "Bitki fiziologiyası və biotexnologiya şöbəsi"nın aparıcı elmi işçisi b.ü.f.d.Sevda Abdulbaqiyevaya verdi. S.Abdulbaqiyeva"Aqroekoloji şəraitdən asılı olaraq dənli taxıl bitkilərinin fizioloji və biokimyəvi göstəricilərinin seleksiyada istifadəsi" mövzusunda maraqlı və geniş təqdimatla çıxış etdi. İnstitutun elmi əməkdaşları məruzəçiyə maqarlı suallarla müraciət etdilər. Sonra elmi müzakirələr aparıldı. Seminarın işi müvəffəqiyyətlə başa catdı.

 

© 2020 Əkinçilik ETİ