Xəbərlər

“GCP/AZE/006/TUR: Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması” layihəsinin yekun seminarı keçirilib

24.04.2018 tarixində JW Marriot Abşeron Bakı mehmanxanasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Türkiyə Respublikasının Qida, Kənd Təsərrüfatı və Heyvandalıq Nazirliyinin, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin nümayəndələrinin və beynəlxalq ekspertlərin iştirakı ilə FAO-nun “GCP/AZE/006/TUR: Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması” layihəsinin yekun seminarı keçirilib. Yekun seminarın açılışını edən Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirinin müavini Seymur Səfərli . O layhiyənin kənd təsərrüfatına verdiyi tövhələri və yenilikləri barədə öz fikirlərini bildirdi. Layhiyənin baş texniki mütəxəsisi, seminarın moderatoru Hafiz Mumincanov iştirakçıları salamladı və layihə haqqında qısa məlumat verdi. Sözü gedən layihə FAO Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində Türkiyə tərəfindən maliyyələşdirilib. Bu layihənin məqsədi ekoloji təmiz kənd təsərrüfatı məhsul istehsalının təşviq edilməsi, təbii ehtiyatların və ətraf mühitin qorunub saxlanması ilə davamlı istifadəsinə nail olmaqla, ölkədə ekoloji təmiz məhsul istehsalı metodlarını yaymaqdır. FAO-nun orqanik kənd təsərrüfatı üzrə beynəlxalq məsləhətçisi xanım Uygun Aksoy dünyada və Azərbaycanda orqanik kənd təsərrüfatının mövcud vəziyyəti, Azərbaycanda orqanik kənd təsərrüfatının inkişafının mümkün istiqamətləri və hazırlanmış standartlar barəsində təqdimatlar edib.Həmçinin Türkiyənin Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin nümayəndəsi Ayhan Baran orqanik kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyi, həmin məhsullara beynəlxalq sertifikatların verilməsi və bu sahədə Türkiyə təcrübəsindən söz açıb. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları, Qəribov Zöhrab, İslamzadə Tarıverdi, Feyzullayev Hüseyn seminarda fəal iştirak etmişlər. Seminarda bildirilib ki, ənənəvi kənd təsərrüfatı ilə müqayisədə orqanik kənd təsərrüfatı ətraf mühitin qorunması və keyfiyyətli məhsul istehsalı ilə birgə daha çox gəlir əldə olunması üstünlüyünə malikdir. Bundan başqa torpağın keyfiyyətini yaxşılaşdırmaqla onun məhsuldarlığının tədricən artırılmasına da töhfə verir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı

© 2020 Əkinçilik ETİ